Akif Çovdarov Hacı Məmmədovun əmisi oğlundan da haqq alıb
Tarix: 29-02-2016, 09:27 | Çap et
Akif Çovdarov Hacı Məmmədovun əmisi oğlundan da haqq alıb
Bir müddət əvvəl Dövlət Dəmiryolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun bahalı obyektləri, villaları və maşınları barədə məlumat vermişdik. JAM.AZ-ın araşdırmaları zamanı həmçinin o da ortaya çıxmışdı ki, sözügedən dövlət məmuru bir sıra qanunsuzluqlara imza ataraq, ölkənin müxtəlif yerlərində həyata keçirilmiş tenderlərdən böyük gəlirlər əldə edib. Hətta bununla bağlı verilmiş məlumatlarda onlarla rayon və şəhərdə görülmüş işlərdən əldə olunan gəlirin 3,9 milyon manat olduğu vurğulanırdı.

Qeyd edək ki, Çingiz Məmmədovla bağlı JAM.AZ-a yeni məlumatlar daxil olub. Həmin məlumatlarda kifayət qədər ilginc məqamlar var. Vurğulanır ki, departament rəhbəri məşhur qanqster Hacı Məmmədovun əmisi oğludur. Mənbənin sözlərinə görə, bu məsələ gizli olmasa da, ictimaiyyət üçün açıq sayılmayıb. Hətta informasiyanı gizlətmək üçün Məmmədov bir xeyli çətinliklərlə də üzləşib. Lakin yekunda postunu qoruyub, saxlamağı bacarıb.

Məlumatda deyilir ki, Çingiz Məmmədovun Hacı Məmmədovla qohumluğundan əlavə, MTN-lə də kəsişən nöqtələri olub. Daha doğrusu, o da bəzi məmurlar kimi, MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovun qurbanlarından sayılır. Belə ki, 2014-cü ilin fevralında Akif Çovdarov Çingiz Məmmədovu MTN-ə dəvət edib və onun qarşısına adı işdə olub, özü isə işə gəlməyən 1033 nəfərin adına əmək haqqı aldığına dair bilgiləri qoyub. Bundan sonra isə ona cinayət işi açılacağı barədə xəbərdarlıq edib.

Mənbə qeyd edir ki, bu hadisədən bərk qorxan Dövlət Dəmir Yolu İdarəsinin departament rəhbəri generalla anlaşmaq məcburiyyətində qalıb. Və Çovdarov Hacı Məmmədovun əmisi oğlundan 3 milyon manat alaraq, onu sərbəst buraxıb. Məndə iddia edir ki, həmin vaxt Çingiz Məmmədov əlindəki əmlaklarının bir qismini sataraq, problemini çözə bilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net