Bərdə ƏSMM-də Raquf Məmtiyevin 6 aylıq “şərti“
Tarix: 10-02-2016, 09:14 | Çap et
Bərdə ƏSMM-də Raquf Məmtiyevin 6 aylıq “şərti“
Mərkəz müdiri vətəndaşları nazir Səlim Müslümovun adı ilə necə şantaj edir?

Bərdədən AzFakt.com-nun elektron poçtuna rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Raquf Məmtiyevə bağlı şikayət məktubu daxil olub. Həmin məktubda bildirilir ki, Raquf Məmtiyev Bərdə rayon icra başçısı Vidadi Zeynalova arxalanaraq rəhbərlik etdiyi mərkəzi rüşvət yuvasına çevirib.

Məlumatda qeyd olunur ki, Bərdə rayonunda 2159 nəfər vətəndaş ünvanlı sosial yardım alır. Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonda sosial yardım alanların siyahısını azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. Raquf Məmtiyev artıq bir ildən çoxdur ki, Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəhbərlik edir. Son 1 ildə isə dəfələrlə Bərdə ƏSMM-də bir neçə dəfə qanusuzluq aşkarlansa da sonda bu məsələlər hansısa gücün və rüşvətin hesabına ört basdır edilib. Çünki Raquf Məmtiyevin arxasında rayon icra başçısı Vidadi İsayevin dayandığı və məhz buna görədə mərkəz müdiri istədiyi qanunsuzluğu, soyğunçuluğu edir.

AzFakt.com-a göndərilən məlumatda qeyd olunur ki, Raquf Məmtiyev Bərdə ƏSMM müdiri işləməmişidən öncə mərkəzdə adi işçi, sonra Bərdə və Ağdaş DSMF şöbələrinin müdiri işləyib. Hər iki rayonda işlədiyi DSMF müdiri vəzifəsində isə Raquf Məmtiyevin çox saylı qanunsuzluqları və korrupsiya əməllərinin olduğu deyilir. Ancaq buna baxmayaraq Raquf Məmtiyev yenədə öz vəzifələrini və korrupsiya ampulasını sürdürməkdə davam edir. Rayon sakinləri bildirirlər ki, Bərdə ƏSMM müdiri açıq aşkar hər kəsin yanında onun Səlim Müslümovun və Vidadi İsayevin adamı olduğu buna görədə heç kəsin ona toxuna bilməyəcyini deyir. Dəfələrlə Raquf Məmtiyevdən nazir Səlim Müslümova onlarla şikayət məktubunun göndərilməsinə baxmayaraq heç bir tədbir görülməyib. Məhz bu amil rayon sakinləri arasında Raquf Məmtiyevin nazir Səlim MÜslümovun və Vidadi İsayevin ən yaxın adamı olması inamını yaradıb. Ancaq saytımıza Əmək və Əhalinin Müdafiəsi nazirliyindəki mənbənin verdiyi məlumata görə əslində Raquf Məmtiyev nazir Səlim Müslümovun adından danışır və onun nazirlə hər hansı bir yaxınlığı yoxdur. Mənbə "nazir Səlim Müslümov hər bir rayon ƏSMM müdirinə necə davranış göstərirsə eynisinidə Raquf Məmtiyevə göstərir" dedi. Ancaq rayon mərkəzlərinə birbaşa nəzarət edən Dövlət Sosial Təminat Xidmətinin rəhbərliyində Raquf Məmtiyevin havadarlarının olduğu idda edilir. Hətta bir aydan bir mərkəz müdiri bu "himayədara" böyük bazarlıq göndərdiyi və tez-tez Bakı şəhərinə yanına getdiyi deyilir.

Rayon sakinlərinin saytımız agöndərdiyi şikayət məktubunda qeyd olunur ki, hazırda Bərdə ayonunda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Raquf Məmtiyevin "şərt”ini qəbul etməlidir. Bu şərt isə vətəndaşa düşəcək 2 illik ünvanlı soial yardımın 6 aylğını mərkəz müdirinə yaxud onun adamına verilməsidir. Mərkəz müdirinin bu "şərt”ini qəbul etməyənlər uzun uzadı süründürməçiliyə məruz qalır və çox vaxtı sənədlərində hansısa bir çatışmamazlıq yaradılaraq nazirliyin elektron bazasına göndərirlər. Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 müvəqqəti dondurulur.Sakinlər qeyd edirlər ki, son günlər Dövlət başçısı İlham Əliyev çıxışlarında məmurların vətəndaşlarla normal davranmaları və onların tələblərinə qulaq asmaları ilə bağlı dediyi sözlərin Raquf Məmtiyevə heç bir aidiyyatı yoxdur. Çünki mərkəz müdiri öz kabinetində oturaraq heç bir vəətəndaşı qəbul etmir və gün ərzində bir neçə dəfə görünrür.Halbuki nazir Səlim Müslümov nazirliyin kollegiya iclaslarında açıq şəkildə göstəriş verdi ki, mərkəz müdirləri vətəndaşları bir -bir qəbul edib onların problemlərini yoluna qoysunlar. Raquf Məmtiyev isə nazirin tapşırığını yalnız bir şərtlə yerinə yetirir. Kim onun şərtini qəbul edirsə və mərkəz müdirinə alacağı sosial yardımın 6 aylğını verməyə razıdırsa o zaman həmin vətəndaşı böyük məmuniyyətlə otağında qəbul edir.

Şikayətdə bildirilir ki, bu gün Bərdə rayonunda xeyli sayda vətəndaş Raquf Məmtiyevin şərtini qəbul etməyərək ünvanlı sosial yardımdan məhrum olublar. Ancaq mərkəz müdirinin və "makler" işçilərinin son bir ildə ünvanlı sosial yardım siyahısına saldıqları vətəndaşların əksəriyyəti əslində dövlətin bu yardımından qanun Raquf Məmtiyev və işbazları bu qanunsuzluqları qulaqardına vuraraq bəzi vətəndaşları rüşvət qarşılığında ünvanlı sosial yardım siyahısına daxil ediblər.

Şikayətçilərin iddiasına görə mərkəz müdiri evində 100-ə yaxın müxtəlif şəxlərə məxsus ünvanlı sosial kart var. Raquf Məmtiyev həmin kartlardan ona çatacaq vəsaiti 5-6 ayını götürdükdən sonra, kartı sahiblərinə qaytarır. Bərdədə ünvanlı sosial yardım siyahısına tez düşməyin ən asan varinatı isə bəribaşdan mərkəz müdirinə 700 manat nəğd şəkildə rüşvət verməkdir. Bu zaman vətəndaşın sənədləri tez tələsik hazırlanır və nazirliyin ümumi bazasına göndərilərək siyahıya salınır.

Qeyd edək ki, şikayətilər elektron poçtumuza Bərdə şəhər üzrə qanunsuz ünvanlı sosial yardım alanların siyasını göndərib. Həmin siyahıda adı göstərilən vətəndaşları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

PS. Bildirək ki, saytımıza göndərilən bu məlumatlarla bağlı dəfələrlə Bərdə ƏSMM müdiri Raquf Məmtiyevlə əlaqə yaratmağa çalışsaqda cəhdlərimiz nəticəsiz qaldı. Mərkəzin elektron poçtuna göndərilən şikayətlərlə bağlı münasibət örgənmək istəyimizə isə cavab verilmədi.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net