Müharibə əlilləri Dövlət Sosial Müdafiə Fondundan şikayətçidir
Tarix: 9-02-2016, 09:13 | Çap et
Müharibə əlilləri Dövlət Sosial Müdafiə Fondundan şikayətçidir
Azərbaycan Respublikası Ali Baş Komandanına və bütün dövlət orqanlarına,
Vertikal.az saytına
Müddətdən Artıq Həqiqi Hərbi Xidmətdə olan Qarabağ Müharibə əliləri tərəfindən.
M Ü R A C İ Ə T
Qeyd edirik ki, bizi kimi SSR-i Silahlı Qüvvələrində tam xidmət edib, sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qarabağ Müharibəsində əlil olan mindən çox hərbi qulluqçuların pensiyalarının fərq məbləği 2007-ci ildən 2015-ci ilədək hesablanaraq hissə hissə ödənilmişdir,( 2007-ci ilədək isə məhkəmələrə müraciət edilmişdir) lakin noyabr 2015-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti bizə problem yaradır, bizə ödəniləcək məbləği ödəmək istımir. Bu barədə müəyyən araşdırmalar aparsanız, tam şahidi olacaqsınız ki, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti Qarabağ müharibə əliləri ilə açıq mübarizə aparır, məqsədləri nədir, bilinmir.
Ancaq yanvar 2016-cı il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə vəzifəli şəxsləri biz əlilərlə ədalətsiz olaraq mübarizə aparır, bizi incidirlər, hüquq və azadlıqlarımızı tapdalayırlar.
Gündə biz əlilərin əleyhinə bir ədalətsiz qərar çıxarırlar, biz yarıcan əliləri məcbur edirlər ki, məhkəmələrə müraciət edək.
Ümüdümüz Sizədir hörmətli Prezidentimiz, güman edirik ki, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq bizə kömək edəcəksiniz.
Göstərilən qanun bunu təsdiq edir ki, biz həqiqətən müddətdən artıq hərbi qulluqçu hesab edilirik, ancaq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti bunu dərk edib, bizim haqqımızı yeyirlər. daha doğrusu əvvəl ödəyirdilər, noyabr ayından sonra yox, biz əlilər nə edək ki, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti bizim haqqımızı tapdalamasın, buna bizmi günahkarıq,biz yarı can insanları incitməyin.
Hörmətli Cənab Prezdentimiz İlham Əliyev biz əlilərə öz diqqət və qayğısın əsirgəmir, lakin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti bizlə mübarizə aparır bu nə deməkdir, biz əlillərə qarşı ölkə rəhbəri bizə bəslədiyi diqqət və qayğını Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti inkar edir.
Cənab Ali Baş Komandan xahiş edirik Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti barədə ciddi tədbir görün, bizə kömək edin. Biz sağlamlığımızı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişik, bizə qarşı belə ədalətsizlik olmaz.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net