Devalivasiya BDYPİ-ni də vurdu: FAİZ MÜƏMMASI
Tarix: 8-02-2016, 11:14 | Çap et
Devalivasiya BDYPİ-ni də vurdu: FAİZ MÜƏMMASI
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) hələ bir xeyli əvvəl polis orqanlarında rüşvətxorluq və korrupsiyanın qarşısını almaq üçün bir sıra tədbirlər görmüşdü. JAM.AZ xəbər verir ki, nazirlik, xüsusən də Dövlət Yol Polisində (DYP) baş verən özbaşınalıqların, o cümlədən edilən şikayətlər fonunda rüşvət alınması hallarını önləmək üçün maraqlı bir addım da atmışdı.

Həmin addım DYP işçilərini rüşvətdən çəkindirmək məqsədi güdürdü ki, bu da sürücülərə yazılan cərimə protokolları və ya MMX-lar üzrə cərimələrin bəlli faizlərinin DYP əməkdaşlarının maaşlarına əlavə olunmasından ibarət idi. Etiraf edək ki, tətbiq olunmuş bu sistem yol polisində rüşvət hallarının sayını əhəmiyyətli dərəcədə azaltmışdı. Təbii ki, DİN rəhbərliyi rüşvətxorluqla məşğul olan polis işçilərini də cəzalandırmaqla digər bir tərəfdən müsbət nəticələr əldə etməyə başlamışdı.

Lakin Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) son 6 ayda qəribə vəziyyət yaranıb və bu proses son iki ay üçün daha dramatik şəkil almağa başlayıb. JAM.AZ-a daxil olan məlumata görə, sözügedən idarənin əməkdaşlarının yazdıqları protokollar üzrə alacaqları 25 faiz mükafat son 2 aydır onların hesablarına köçürülmür. Yəni, əgər protokolda 100 manatlıq cərimə varsa, bu məbləğin 25 faizi DYP əməkdaşına verilməli olduğu halda, ödənilməyib.

Analoji vəziyyət MMX-lar üzrə tərtib olunmuş protokollara da aiddir. JAM.AZ-ın əldə etdiyi məlumata görə, BDYPİ 6 aydır bu protokollar üzrə faizləri də DYP əməkdaşlarının hesabına köçürməyi dayandırıb. Bunun konkret olaraq hansı səbəbdən baş verdiyi isə naməlum olaraq qalır.

Bu məsələ belə izah edilir ki, MMX radarlara düşən avtomobillər avtomatik olaraq BDYPİ-nin məlumat bazasında qeydə alınırlar. Qeyd olunur ki, idarə rəsmiləri bir müddət gözlədikdən sonra sürücünün ünvanına prtokolun surətini göndərərək, ondan cərimənin ödənilməsi barədə xəbərdarlıq edir. Əgər sürücü vaxtında gələrsə, ödənişləri BDYPİ-də həll edə bilir. Əks təqdirdə isə həmin cərimə bank hesablarına yönəldilir. JAM.AZ-a çatan məlumatlara görə, cərimələrin ödənişi bank hesablarına yönəldikdə ondan tutulacaq faizlər də dayandırılır və nəticədə, DYP əməkdaşına heç bir faiz çatmır. Güman edilir ki, BDYPİ rəhbərliyi 6 aydır MMX radarlar üzrə tərtib olunmuş protokolların cərimlərini bu şəkildə «qaydasına salaraq», məsələni həll etməyə üstünlük verir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net