Vergilər idarəsinin biznesmen məmuru - İDDİA
Tarix: 15-12-2015, 09:46 | Çap et
Vergilər idarəsinin biznesmen məmuru - İDDİA
Bu gün bölgələrdən daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, dövlət başçısı İlham Əliyevin ölkədə azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə verdiyi göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası hələ də bir çox məmurlar tərəfindən məqsədyönlü şəkildə əngəllənməkdəir. Mövzuya dair ötən saylarımızda dərc olunmuş yazılarda da qeyd etdiyimiz kimi, son vaxtlar ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizətədbirlərinin daha da sərtləşməsi bütün iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ölkədə müşahidə olunan proseslər bunu deməyə əsas verir ki, son vaxtlara qədər qarşılaşdıqları haqsızlıqlar müqabilində daha çox susmağa üstünlük verən sahibkarlar, artıq öz hüquqlarının müdafiəsinə qalxıblar. Bu xüsusda ölkə mətbuatında yayımlanan məlumatlarda da vurğulanır ki, xüsusilə son bir ay ərzində yüzlərlə sahibkar tərəfindən Prezident Adminstrasiyasına, o cümlədən şəxsən prezident İlham Əliyevin adına çoxsaylı müraciətlər ünvanlanır və həmin müraciətlərdə onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları açıq-aşkar qeyd olunur. O cümlədən, bu günlərdə redaksiyamiza daxil olan məlumatlarda da Mingəçevir şəhərində yerləşən 11 saylı ərazi Vergilər idarəsinin rəis müavini, vergi xidməti müşaviri Münasib Əsgərovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir. Aldığımız açıqlamalarda sahibkarlıqla məşğul olan şəxslər 11 saylı ərazi Vergilər idarəsindən ciddi narazılıqlarını ifadə edirlər. Təqdim olunan məlumata görə, Yevlax-Mingəçevir bölgəsində aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: “Sahibkarların sıxışdırılması üçün əsas kimi, vergi faiz dərəcələrinin gələn ildən artırılacağı göstərilir. Vergilərin 2%-dən 6%-ə qədər qalxacağını deyən idarə işçiləri, idarənin rəis müavini Münasib müəllimin göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Münasib Əsgərovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə 11 saylı ərazi Vergilər idarəsinin rəhbərliyinə vermişik. Ətraf rayonlardan Mingəçevirə gələn şikayətçilərin isə, ümumiyyətlə sözlərini eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi bu kiçik sahibkarları qəbul etməkdən belə imtina edir...” Digər tərəfdən də, bizimdovr.az-a daxil olan başqa bir məlumatda mənbə Münasib Əsgərovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna dair maraqlı açıqlamalar verir. Açıqlamada deyilir: “Münasib Əsgərov özü hal-hazırda Mingəçevirin ən “uğurlu” sahibkarlarından biridir. Belə ki, bu məmurun Mingəçevir və ətraf ərazilərdə üç yanacaqdoldurma stansiyası, beş mağazası, ferması və istirahət mərkəzi fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Münasib Əsgərovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net