Ana Sayfa > Şou-Biznes > Türkiyəli aktyorlardan Mübarizin təhqirinə reaksiya

Türkiyəli aktyorlardan Mübarizin təhqirinə reaksiya


17-12-2018, 08:37. Yazar: admin
Türkiyəli aktyorlardan Mübarizin təhqirinə reaksiya
Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var.

Kult.az xəbər verir ki, bu sözləri Türkiyənin “Savaşçı” serialında rol alan azərbaycanlı aktyor Kənan Mahmudov (MM) Nərmin Şahmarzadə adlı azərbaycanlı psixoloqun Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə cavab olaraq şəxsi İnstaqram hesabında yazıb. O, adıçəkilən serialdakı aktyorların “Mübariz Türk Dünyasının Qəhrəmanıdır” şüarını səsləndirdiyi videonu paylaşıb:

“Bu videonu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin! Bir mikrob nur dünyasına ləkə sala bilməz. Get, Mübarizin məzarı önündə diz çök, üzr istə. O zaman bu millət səni bağışlayar, nankor qız. Ya da ora getmə, o nur məkanı ayaqlarınla murdarlama”.


Geri dön