Ana Sayfa > Şou-Biznes > Ermənilər bu sərvətlərimizi oğurladı

Ermənilər bu sərvətlərimizi oğurladı


15-02-2018, 05:48. Yazar: admin
Ermənilər bu sərvətlərimizi oğurladı
Azərbaycan tarix boyunca Qafqazda həm mədəniyyət, həm iqtisadiyyat, həm də siyasət baxımından aparıcı qüvvə rolunu oynayıb. Zəngin Azərbaycan mədəniyyəti bütün dövrlərdə qonşularına güclü şəkildə təsir göstərib. Bu təsir Azərbaycanın qonşularının mətbəxində, musiqisində, hətta rəqslərində belə müşahidə edilir.

Azərbaycan mədəniyyətindən ən çox təsirlənən xalqlardan biri də ermənilər olub. 200 ildən çox azərbaycanlılarla iç-içə yaşayan ermənilər bütün mədəniyyətlərini Azərbaycan xalqından mənimsəyiblər.

Ancaq heç bir mədəniyyətə malik olmayan ermənilər onillərdir Azərbaycanın torpağı kimi, mədəniyyətini də özününküləşdirilər. Bu, həm də musiqidə davam edir.

“Sarı gəlin”

Azərbaycanın oğurlanan xalq mahnıları içərisində ən məşhuru “Sarı gəlin”dir. “Sarı gəlin”bir çox erməni müğənnisi tərəfindən ifa edilib.

“Aman Tello”

Onlar “Sarı gəlin”lə kifayətlənməyərək,digər xalq mahnımız “Aman Tello”nuda öz adlarına çıxarmağa çalışıblar.

“Vokaliz”

Erməni ifaçıları hətta müasir bəstəkarların da əsərlərini oğurlamaqdan çəkinmirlər. Azərbaycan xalq rəqsləri əsasında hazırlanmış və aranjiman edilmiş “Vokaliz” adlı musiqi toplusunu 2004-cü ildə Ermənistan televiziyasında Ermənistan Mahnı Teatrının solisti Varduhi Vardanyan erməni xalq musiqisi kimi təqdim edərək, həm “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanunun tələblərini (mənşənin düz göstərilməməsi), həm də “Vokaliz” musiqi toplusunun müəllifi və ifaçısı Brilyant Dadaşovanın hüquqlarını pozub.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:



Geri dön