Ana Sayfa > Mədəniyyət > “Dəli hisslər keçirənlərə həsr edirəm”

“Dəli hisslər keçirənlərə həsr edirəm”


25-01-2018, 06:01. Yazar: admin
“Dəli hisslər keçirənlərə həsr edirəm”
Azərbaycanın tanınmış müğənni Səbinə Babayeva yeni mahnısını təqdim edib. “Qafqazinfo” xəbər verir ki, söz və musiqisi özünə məxsus olan Səbinənin “Dəli hisslər”i ötən gündən etibarən “Youtube”də yayımlanıb.

Babayeva bəstəni dəlicəsinə sevənlərə həsr etdiyini bildirib:

“Mahnının musiqisi və sözləri mənə məxsusdur. Hər birimizin həyatımızda dəlicəsinə sevdiyi insanlar var və olub. Məhz onlar üçün bu mahnını yazdım. Bəstəni dəli kimi sevə bilənlərə və dəli hisslər keçirənlərə həsr edirəm”.





Geri dön