Ana Sayfa > Mədəniyyət > Aygünlə Faiq Ağayev "106.3FM" Kazım Bağırovun ad günündə

Aygünlə Faiq Ağayev "106.3FM" Kazım Bağırovun ad günündə


24-01-2018, 05:23. Yazar: admin
Aygünlə Faiq Ağayev  "106.3FM" Kazım Bağırovun ad günündə
Ötən gün "106.3FM" Radiosunun tanınmış dj Kazım Sübhan doğum gününü qeyd edib.

UlduzumSan.Az xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan məclisə şou-biznesin tanınmış simaları da qatılıb.

Onların sırasında xalq artistlər Aygün Kazımova, Faiq Ağayev, müğənnilər Səidə Sultan, Natavan Həbibi, Elçin Cəfərov, Kamil Cəfərov, Səbinə Əsgərova, aparıcılar Çinarə Əliyeva, Fariz İlyasov, jurnalist və PR menecer Şahin Cavadsoy, bəstəkarlar Elvin Mehmanlı, Tərlan Məmmədhüseynov və başqaları olub.

Şən ab-havalı məclisdə maraqlı hadisə yaşanıb. Uzun illərdir aralarında "soyuq küləklər əsən" müğənnilər Aygün Kazımova və Natavan Həbibi eyni məkanda olub.

Ad günündən olan fotoları yayımlayırıq:

Aygünlə Faiq Ağayev  "106.3FM" Kazım Bağırovun ad günündə
Aygünlə Faiq Ağayev  "106.3FM" Kazım Bağırovun ad günündə
Aygünlə Faiq Ağayev  "106.3FM" Kazım Bağırovun ad günündə

Geri dön