Nuriyyə xanımın tələbəsinə bahalı hədiyyəsi
Tarix: 24-11-2015, 09:35 | Çap et
Nuriyyə xanımın tələbəsinə bahalı hədiyyəsi
Nuriyyə xanım hər yerdə deyirdi ki, Elşad mənim oğlumdur.

Bu sözləri xalq artisti Nuriyyə Əhmədovanın tələbəsi, aktyor Elşad Yusubov mərhum sənətçi ilə bağlı xatirələrini Axar.az-la bölüşərkən deyib. Aktyor Nuriyyə Əhmədovanın ona həmişə ana qayğısı göstərdiyini bildirib:

“Mən onun övladı kimi idim. O, övladlarını itirdiyi üçün nəvəsi Faiqə, bir də mənə çox bağlanmışdı. Hər yerdə deyirdi ki, Elşad mənim oğlumdur. Çox zarafatcıl insan idi. Elə vaxt olurdu ki, biz onunla təkbətək səhərə qədər söhbət edirdik. Görürdü gözüm yumulur, deyirdi, bala, yuxun gəlirsə, get yat. Nuriyyə xanım heç vaxt heç kimin xətrinə dəyməzdi.

Mənə həmişə deyirdi ki, heç kimə bu sənətdə söz atma, yalnız öz işinlə məşğul ol. Tamaşaçının gözü tərəzidir, onsuz da onlar bilir, kim kimdir.

Onunla olanda həmişə gülməli bir hadisə baş verirdi. Bir dəfə biz mebel salonuna getmişdik. Oranın meneceri Nuriyyə xanımı görən kimi tanıdı və türkcə dedi ki, sizi gördüyümə görə çox şad oldum. Nuriyə xanım da onu başa düşmədi, vəziyyətdən çıxmaq üçün dedi ki, elə mən də ondan oldum.

Onun mənə iki dənə əmanəti oldu: Biri nəvəsi Faiq, digəri isə rəhmətlik oğlunun qol saatı. Həmin saatı ancaq çəkilişlərdə qoluma taxıram. Çünki həm bahalı saatdır, həm də Nuriyyə xanımın yadigarıdır, ona görə qorxuram ki, o saata nə isə olar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net