İradə İbrahimovanın mahnısı Cem Yılmazın filmində
Tarix: 16-11-2015, 09:57 | Çap et
İradə İbrahimovanın mahnısı Cem Yılmazın filmində
Müğənni İradə İbrahimova repertuarında yer alan “Neyləyək alınmadı” mahnısı türkiyəli aktyor Cem Yılmazın bu günlərdə nümayişə çıxarılan "Ali Baba və 7 Cücələr" filmində səslənib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə filmin nümayişindən sonra xəbər tutduğunu bildirib:

"Film noyabrın 13-də nümayişə çıxarıldı. Bu barədə bizə filmi izləyən və ailəmizə yaxın insanlar məlumat verdi. Filmdə Cem Yılmaz özü mahnını zümzümə edib. İnternetdə filmdən görüntülər olmadığı üçün həmin hissəni izləyə bilməmişəm".

Qeyd edək ki, ötən il İradə İbrahimova Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən şəklini sosial şəbəkədə paylaşmışdı. “Hər üç sənətçi məni görən kimi “Neyləyək, alınmadı” mahnısını oxumağa başladı” deyə, müğənni bildirmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net