Rövşanə millət vəkilinin evində - foto
Tarix: 6-11-2015, 10:03 | Çap et
Rövşanə millət vəkilinin evində - foto
ANS-in aparıcısı Rövşanə Bektaşi millət vəkili Qənirə Paşayevanın evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, “Yoldaş Rövşanə” ilə verilişinin çəkilişlərini edən aparıcı onunla bağlı təəssüratlarını bölüşüb:

“Gözəl insan Qənirə Paşayeva. Olduqca ciddi görünən bu xanımın bilsəniz necə kövrək ürəyi, duyğusal qəlbi var... Hələ yumorunu demirəm... Səmimi söhbətə görə təşəkkür”.

Q.Paşayeva isə R.Bektaşi ilə bağlı “Uzun zaman idi heç bir televiziyada belə geniş, maraqlı və səmimi söhbət etməmişdik. ANS-də dəyərli aparıcı Rövşanə Bektaşi deyəsən istədiyi suallara cavab aldı. Evimizin qonağı idi, xətrinə dəyə bilməzdik. İnşallah tamaşaçılar üçün maraqlı olar” sözlərini qeyd edib.

Qeyd edək ki, "Yoldaş Rövşanə" verilişi həftənin bazar günü efirə gedir.

Rövşanə millət vəkilinin evində - foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net