Röyadan müraciət: "Yazdıqlarınıza fikir verin"
Tarix: 30-10-2015, 10:37 | Çap et
Röyadan müraciət: "Yazdıqlarınıza fikir verin"
Müğənni Röya Ayxan sevənlərinə müraciət edib.

Axşam.az-ın məlumatına görə, bu gün Türkiyənin Kanal D-sində yayımlanan “Beyaz show”da qonaq olacaq sənətçi hər kəsdən dəstək gözlədiyini bildirib:

“Bu gün görüşürük. Sizdən tək istəyim yanımda olmağınızdır. Ən əsası isə bura yazdıqlarınıza fikir verin. Arada dərin düşünün. Bunları mən sizə bəxş etdiyim üçün sizdən məni uca tutan fikirlər gözləyəcəm. "Ay bu dildə danış, o dildə oxu” kimi məsləhətlərə ehtiyac yoxdur. Seçimi mən edirəm”.

Qeyd edək ki, şoumen Bəyazit Öztürkün aparıcılıq etdiyi proqram bu gecə saat 23:15-də (Bakı vaxtı ilə 00:15) yayımlanacaq.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net