“O, Azərbaycan Televiziyasına çox böyük yeniliklər gətirib...”
Tarix: 5-09-2019, 05:48 | Çap et
“O, Azərbaycan Televiziyasına çox böyük yeniliklər gətirib...”
Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqda sərəncam imzalayıb.

Məsələyə münasibət bildirən AzTV-də yaradılan Bədii Şuranın üzvü, Xalq artisti Faiq Sücəddinov Moderator.az-a açıqlamasında R.Məmmədovu sədr seçilməsi münasibətilə təbrik edib:

“Mən Rövşən müəllimi çoxdan tanıyıram, çox işgüzar bir insandır. Bu vaxta kimi ondan çox toplantılar keçirmişik. Orda çox gözəl fikirlər söyləyib və ümumiyyətlə, onun dinləmək mədəniyyəti çox böyükdür. İndi yeni verilişlərdə, layihələrdə onun əməyi var. Çox peşəkar bir insandır. Mənə elə gəlir ki, bu günə kimi o, Azərbaycan Televiziyasına çox böyük yeniliklər gətirib. AzTV ümumiyyətlə görkəmin dəyişib. Mən də Azərbaycan Televiziyasına çox maraqla baxıram. Rövşən müəllimə işlərində uğurlar diləyirəm və cənab prezidentin müdrik sərəncamına görə onu təbrik edirəm”.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net