Emin Ağalarov: "Ofisiant işləmişəm, ayaqqabı satmışam"
Tarix: 16-08-2017, 10:27 | Çap et
Emin Ağalarov: "Ofisiant işləmişəm, ayaqqabı satmışam"
Tanınmış biznesmen və müğənni Emin Ağalarov şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib. PrimeTime.Az xəbər verir ki, müğənni "Alen, blin!" verilişinə qonaq olub. Jurnalist Alenanın suallarını cavablandıran sənətçi Amerikada təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib: "Amerikada olduğum zaman ailəmin mənim üçün göndərdiyi pulu xərcləmişdim. İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən sadəcə nəyisə tək başına edə biləcəyimi dadmaq istədim". Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28 400 AZN) qonorar aldığını bildirib. Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib: "Hələ gəncəm. Düşünürəm bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var". Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib: "Əsl alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz".




Xəbərlər
 
 
 
 
 
 
 
14-02-2018 05:52
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net