İradə İsaqdan həyat yoldaşına təklif: “İkinci arvadı da alsın”
Tarix: 21-10-2016, 08:28 | Çap et
İradə İsaqdan həyat yoldaşına təklif: “İkinci arvadı da alsın”
Teleaparıcı İradə İsaq evlilik həyatıyla bağlı təəssüratlarını paylaşıb.

Vertikal.az ölkə.az-a istinadən xəbər verir ki, o, kişinin dörd həyat yoldaşının olmalı olduğunu bildirib:

“Evlilik həyatının ilk yarım ayından sonra gəldiyim qənaət: Qurban olum Məhəmmədin şəriətinə, doğrudan da kişinin dörd arvadı olmalıdır (çox olsa da olar). Mütləq və hökmən! Kişinin bütün kaprizlərinə dözmək bir qadının işi deyilmiş. Mən bu cür qadınlara məəttələm. Qəhrəmansınız, vallah!”

O, həyat yoldaşına ikinci arvad almağı da təklif edib:

“Təklif edirəm ki, ikincisini də alsın. Əmək bölgüsü olar, birimiz corab yuyanda, birimiz yemək bişirərik. Sonra üçüncünü də alar, ona həyət süpürmək işini verərik. Vallah, bizim evdə iş elə çoxdur ki, inanmıram, o biri arvadlarla dalaşmağa vaxtımız olsun”.

Qeyd edək ki, İ.İsaq sentyabrın 1-də jurnalist Yaşar İsakovla ailə qurub.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net