Nadir Qafarzadə İlhamə Quliyevaya dəstək çıxdı
Tarix: 11-02-2016, 09:58 | Çap et
Nadir Qafarzadə İlhamə Quliyevaya dəstək çıxdı
Müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevaya dəstək çıxıb.

Axşam.az-ın məlumatına görə, ifaçı son günlər başı qalmaqaldan açılmayan İ.Quliyevanın ünvanına təriflər yağdırıb:

“Azərbaycan mədəniyyətində və incəsənətində öz dəsti-xətti olan, ölkənin xalq aristi, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar İlhamə Quliyeva... Siz dahisiniz, mənim sənətkarım. Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır. İllərin sənətkarı... Vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. “Sağlığında qiymət verin insanlara” – Cabir Novruz.

Artıq-əskik şərh yazanı “qara siyahı”ya atacam. Mənim səhifəmdə paylaşılan hər kəsin şəklinə hörmətlə yanaşın. Kimin nəsə xoşuna gəlmirsə, səhifəmi tərk edə bilər. Hər kəs İlhamə Quliyeva ola bilməz. Elə sənətkarlar var ki, onlar əvəzolunmazdır. Guya hamı mələkdi, idealdır və səhvsizdir? Hər kəs etdiyi savab və günaha görə özü cavab verəcək. Biz Allah deyilik. Allahlıq iddiasına düşmək fikriniz olmasın”.

Qeyd edək ki, keçmiş köməkçisi Mehriban Hüseynova İ.Quliyeva ilə bağlı şok iddialar irəli sürüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net