Oksana: “Şahrux Xandan hədiyyə gözləyirəm”
Tarix: 7-12-2015, 10:30 | Çap et
Oksana: “Şahrux Xandan hədiyyə gözləyirəm”
Şahrux Xanın filminin təqdimat mərasimində iştirak edəcəyəm.

Bu sözləri tanınmış rəqqasə Oksana Rəsulova dünyaca məşhur hind aktyoru Şahrux Xanla görüşü haqda Axar.az-a danışarkən deyib. O, doğum günündə aktyordan hədiyyə gözlədiyini də bildirib:

“Dekabr 18-də Şahruhun filminin təqdimat mərasimidir. İstəyirəm ki, gedib orada iştirak edim. Ümid edirəm, bir problem çıxmaz, iştirak edə bilərəm. Çünki şəxsi işlərimə başım qarışıb, vaxtım yoxdur. Təqdimat mərasimindən bir gün sonra, yəni ayın 19-u mənim ad günümdür. Şahrux Xandan hədiyyə gözləyirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net