Emin Ağalarov əkizləri haqda - Əli diplomatdır
Tarix: 30-11-2015, 10:21 | Çap et
Emin Ağalarov əkizləri haqda - Əli diplomatdır
"İndi əkizlər daha çox dalaşırlar, çox müxtəlif səbəblərə görə". ANS PRESS-in məlumatına görə, bunu 7days.ru saytına açıqlamasında Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni-bəstəkar, Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanınkeçmiş həyat yoldaşı olan Emin Ağalarov deyib.

E.Ağalarov buna baxmayaraq onların böyüyəndə çox yaxşı dost olacaqlarına əmin olduğunu deyib. Elə indinin özündə belə onlar bir-biri olmadana dözə bilmirlər.

"Dava edəndə ayırırsan, bir saatdan sonra hər isi soruşur"qardaşım hanı? Onu çağır gəlsin. Mən onu istəyirəm. Bir də olmayacaq". Bir-birlərinə çox can atırlar. Bacıları Əminəyə qarşı da belədir. Baxmayaraq ki, sınana oyuncaqlara görə, hər ikisinin narazılığı olur (gülür). Onlar Əminəni sevirlər, onu qoruyurlar. Xüsusilə Mika (Mikayıl) onunla daha mehribandır. Öpür, qucaqlayır".

E.Ağalarov övadları ilə keçirdiyi zamandan da danışıb. O, Emin və Mikayılı özü ilə ofisə, məşqlərə apardığını deyib. İş adamı danışıqlar aparıb, görüşlər keçirəndə isə 7 yaşlı əkizlər atalarının kabinetində onu gözləyirlər. Bu zaman onlar cizgi filmi izləyir, ya nə isə qururlar.

"Bir müddət əvvəl uşaqlarla Dubaya getmişdik. Mənim orada konsertim var idi. Biz mağazadan konstuksiyalar axtardıq, kinoya getdik, popkor yedik, əyləndik".

İş adamı əkizləri ilə vaxt keçirən zaman başına gələn gülməli əhvalatdan da danışıb. "Əli deyir "ata mənə kola al". Mən cavab verdim ki, ana icazə vermir. Amma Əli təslim olmadı və məni inandırmağa çalışdı. O, diplomatdır. "Atacan, mən sənə kişi sözü verirəm ona heç nə deməyəcəm!". "Sən axı məni satacaqsan". Mika da söhbətə qoşuldu və oda kola istədi. Mən isə dedim "Belə, əgər siz mənə kişi sözü versəniz mən sizə onu alacam. Amma verilən sözü tutmaq lazımdır". Əl sıxdıq və içkini aldıq. Evə gələn kimi, Əli anasının yanına qaçdı və sevinə-sevinə "ana, ata bizə kola aldı" dedi. Mikayıl da ona qoşuldu. Mən isə Əliyə deyirəm "axı sən elə indicə söz verdin ki, məni satmayacaqsan". Növbəti dəfə kinoteatra gedirik və eyni hadisə təkrarlanır. "Ata, al"- "Yox Əli. Verdiyin sözü tutmağı öyrənənə kimi bir daha sənin dedikləri etməyəcəm. O, isə hələ də təslim olmur. "Ata, o dəfə mən düşünmədim ki, bu belə ciddidir. İndi mütləq sözümü tutacam". Amma o məni inandıra bilmədi və nəticədə sadə şirə ilə keçindik. Bax belə yavaş-yavaş onları tərbiyə edirəm".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net