Ana Sayfa > Üçüncü sektor > Beynəlxalq Bank işində yeni həbslər olacaq - Vaxt başa çatdı

Beynəlxalq Bank işində yeni həbslər olacaq - Vaxt başa çatdı


5-11-2015, 09:48. Yazar: admin
Beynəlxalq Bank işində yeni həbslər olacaq - Vaxt başa çatdı
Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayevin işdən çıxarılması Beynəlxalq Bankla bağlı kredit qalmaqalı ilə əlaqəlidir. Hətta onun həbs ediləcəyi barədə də iddialar var.

Vertikal.az-ın məlumatına görə bu xəbəri “Azadlıq” qəzeti yayıb. Xəbərdə bildirilir ki, yaxın günlərdə “kredit qalmaqalı” ilə bağlı yeni həbslər dalğası başlayacaq. İddialara görə, əsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Qəzet bu şirkətlərin sayının 40-a yaxın olduğunu yazır. “Kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DIN-inin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədidiyinə görə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib”.

Geri dön