Ana Sayfa > Üçüncü sektor > İzabel Santos kimə işləyir? - ARAŞDIRMA

İzabel Santos kimə işləyir? - ARAŞDIRMA


28-10-2015, 10:01. Yazar: admin
İzabel Santos kimə işləyir? - ARAŞDIRMA
İzabel dos Santos - bu ad yəqin ki, Azərbaycanda ictimai-siyasi proseslərlə maraqlanan bir çoxlarına tanışdır. Xüsusilə, ölkəmizə qarşı qarayaxma cəhdlərində bu adın ön planda dayanmasının özü bir çox amillərdən xəbər verir.

Vertikal.az-;n məlumatına görə, "Seçkilər" Media Mərkəzinin araşdırmasında bildirilir ki, bu amilə onun ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüququları və Humanitar məsələlər üzrə komitəsində təmsil olunması daxildir. Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycana qarşı apardığı “siyasətdə” də bu qadının oynadığı rol kifayət qədərdir. Xüsusilə, Qərbdə fəaliyyət göstərən erməni lobbisinin sifarişləri əsasında “siyasət” yürüdən İzabel dos Santosun öz biznesini artırmaq cəhdini Azərbaycana qarşı qərəz yürütməsilə reallaşdırması isə növbəti faktların araşdırılaraq üzə çıxmasına zəmin yaradır. Xatırladaq ki, o, Avropada biznesmen kimi tanınır.

İzabel nə qədər qəribə görünsə də, Bakıda, Azərbaycanda anadan olub. O, Anqolanın ikinci prezidenti ölkəsinin azadlığı uğrunda mübarizə aparmış Joze Eduard duş Santuşun sovet vətəndaşı ilə qurduğu evlilikdən olan qızıdır. Joze duş Santuş indiki Neft və Sənaye Universitetində ali təhsil alıb. Lakin valideynləri ayrıldıqdan sonra İzabel anası ilə birgə Londonda yaşayıb.

Beləliklə, bu gün Azərbaycana qarşı qərəz və böhtan kampaniyalarında çıxış edən bu qadının həyatının bir hissəsinin ölkəmizlə bağlı olması sadəcə təəssüf doğurur. Ancaq təəssüf doğuracaq digər amillər də var ki, onları apardığımız araşdırmanın sonrakı hissələrində ayrı-ayrılıqda qeyd edəcəyik.

İzabelin öz biznes marağına görə tapdaladığı insan hüquqları

Qeyd etdiyimiz kimi, İzabel dos Santos öz əhatə dairəsində uğurlu biznesmen kimi tanınır. Məsələn, o, Anqolanın məşhur mobil operatoru olan “Unitel”də 25 faizlik paya sahibdir. Bu faiz rəqəmlə əvəzləndikdə 1 milyard (!) ABŞ dolları alınır. Qeyd edək ki, “Unitel”in direktorlar şurasının üzvü, eyni zamanda, Anqolanın BİC bankının gəlirlərinində 25 faizinə sahib olan biznesmen xanım, həmçinin ZON Multimedida kabel televiziyası, o cümlədən digər maliyyə sektoru - Banko BPI-dən 15-20 faiz gəlirlər əldə edir.

Daha bir maraqlı nüans- İzabel London kollecində elektrotexnika sahəsi üzrə təhsil aldığı zaman orada Konqo Demokratik Respublikasından olan Sindika Dokola ilə tanış olur. Sindika isə Kinşasadan olan milyoner və zəngin biznesmenin övladı olub. Hətta onlar 2002-ci ilin dekabrında Luandada ailə qurarkən, onların toy mərasiminin məbləği kifayət qədər gözqamaşdıran olub - 4 milyon dollar.

Hələ bu harasıdır? Belçikadan xüsusi xor kopellasından tutmuş, Fransadan ən bahalı mətbəx nümunələrinin və onları hazırlayan aşbaz ordusunun gətirilməsi, o cümlədən toyda 800 nüfuzlu qonağın iştirakı uzun müddət sadə afrikalılara zərbə vurmuş oldu. Toy mərasimində Afrika ölkələrinin bir neçə prezidentləri də iştirak ediblər.

İzabel dos Santos hazırda Luandada fəaliyyət göstərən gecə klubları və restoranlar şəbəkəsi olan Mayami Biçə və digər biznes şəbəkələrinə sahibdir. Ümumiyyətlə, son 20 ildə o, xüsusilə Anqoladakı biznes maraqlarını artırmaqla məşğuldur. Onun holdinqləri, eyni zamanda, Avropaya da transfer olunub. Məsələn, o, Portuqaliyada nüfuzlu Entreprises şəbəkəsində də mühüm paylara malikdir.

Anqola və Portuqaliyadakı kommersiya maraqlarına əlavə olaraq, neft və almaz biznesini də qatan bu xanım, o cümlədən Nova Cimangola sement kompaniyasında da önəmli paya malikdir.

Onu tanıyan yerli hüquq müdafiəçiləri, xüsusilə ölkənin tənqidçi jurnalistləri İzabel dos Santosu Anqolanın “şahzadəsi” adlandırırlar. O cümlədən Anqola prezidentinin ailəsinin xalqın hesabına varlandığını vurğulayırlar. Halbuki, bu gün Anqolada sadə vətəndaşın günlük gəliri 2 ABŞ (!) dollarından yuxarı deyil.

Beləliklə, Anqolaya qazanc mənbəyi kimi baxan, eləcə də xalqının səfalət və diktatura rejimində yaşamasını “görməyən” İzabel dos Santos necə deyərlər, biznes marağını humanizm prinsiplərindən üstün tutur. Əgər belə olmasa idi, onun haqqında olan informasiyaların ən azı bir-ikisində humanitar kampaniyalar aparmasının şahidi olardıq. Ancaq o, bu gün Avropada – ATƏT-də oturub ümumiyyətlə, anlamadığı demokratiya prinsiplərini Azərbaycana qarşı yürütməyə çalışır. Ancaq hansı “sübutlarla”?

Erməni lobbisinə bağlılığın daha bir sübutu

Sirr deyil ki, Azərbaycanın dövlətçilik maraqlarına qarşı aşkar şəkildə çıxış edən Leyla və Arif Yunuslar, eləcə də onlarla birgə digər şəxslərin müdafiəçiləri qismində çıxış edən İzabel dos Santos zaman-zaman ölkəmizin maraqlarına qarşı qərəzli fikirlər səsləndirib. İstər ATƏT-in tribunasından, istərsə də təşkil edilən digər konfrans kürsülərindən bilavasitə erməni maraqlarına dəstək verən çıxışlar etmiş İzabel dos Santos hazırda da eyni mövqedə qalmaqdadır. Söz yox ki, burada biznes maraqları ilə yanaşı, siyasi biznes maraqlarının da olması artıq aşkar görünür. Çünki İzabel dos Santosun erməni lobbisi ilə iş birliyini təsdiq edən növbəti sübutlar da ortadadır.

Nə qədər qəribə görünsə də Bakıda anadan olmuş İzabel dos Santos məhz paytaxtımızda gələcək həyatını müəyyənləşdirmiş erməni iş adamı Qalust Qülbenkyan adını daşıyan fondla qızğın iş birliyindədir. Qalustyanın adını daşıyan fond ermənilərin xaricdə fəaliyyət göstərən aparıcı lobbilərindən biri sayılır. O cümlədən Qalust Qülbenkyan fondunun baş ofisi İzabel dos Santosun xüsusi önəm verdiyi və məskunlaşdığı Portuqaliyada yerləşir. Burada təsadüfdən danışmağa dəyməz. Sadəcə təəssüf etmək olar ki, hər iki halda bu adların Azərbaycanın paytaxtı Bakı ilə əlaqəsi mövcuddur.

Bəs kimdir Qalust Qülbenkyan? Dəyərli oxucularımıza xatırladaq ki, bu erməni maqnatı 1887-ci ildə Londonda Kral kollecini bitirdikdən və neftçi-mühəndis diplomunu əldə etdikdən sonra birbaşa Bakıya gəlib. O, burada yerli neft istehsalının və sənayesinin sirlərinə yiyələnib. Daha sonra isə Azərbaycanda praktiki cəhətdən öyrəndiklərini xarici ölkələrdə tətbiq edib, kitablar yazıb.Onun adını daşıyan Qalust Qalustyan fondu təsis edilib. Bu fond uzun illər türk dünyasına qarşı aparılan erməni terrorunu maliyyələşdirən bir qurum kimi tanınır.

Yeri gəlmişkən, bu gün Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ ərazisinə Suriyadan gətirilmiş ermənilərin yerləşdirilməsi, onlara evlərin tikilməsi, o cümlədən sosial infrastrukturların yaradılması kimi hallarda Qalust Qülbenkyan fondunun xüsusi canfəşanlıqları mövcuddur. İzabel dos Santosun yeni biznes maraqlarının təminatında bu erməni fondunun rol alması, eyni zamanda, Anqola prezidentinin zəngin qızının Avropa qurumunun kürsüsündən Azərbaycana qarşı təbliğat aparmasının heç də təsadüfi olmadığı bir daha sübuta yetirilmiş olur.

Görünür, bu səbəbdən, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, Rauf Mirqədirov və digərlərinin “təəssüblərini” çəkən İzabel dos Santosun indi də Azərbaycanda parlament seçkiləri ərəfəsində biznes maraqlarını artırmağa başlayıb. Bu işdə isə Qalust Qülbenkyan fondu ona sifarişlər verib. Ancaq indidən deyə bilərik ki, İzabel dos Santosun budəfəki biznesi uğur əldə edə bilməyəcək. Çünki qarşıdan gələn parlament seçkilərində ilk növbədə xalqın marağı mövcuddur. Xalq marağını isə biznes maraqları üstələyə bilməz...

Geri dön