Ana Sayfa > Üçüncü sektor > Salyanda bayrağımıza hörmətsizlik-VİDEO

Salyanda bayrağımıza hörmətsizlik-VİDEO


29-02-2016, 09:38. Yazar: admin
Salyanda bayrağımıza hörmətsizlik-VİDEO
Salyan şəhərində dövlətimizin atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir

Belə ki,magistral yolun kənarındakı Bayraq Meydanından asılan Azərbaycan bayrağı cırılıb. Bayraq artıq bir müddətdir bu vəziyyətdə asılsa da, onu yenisi ilə əvəz etmək hələ ki, heç kəsin yadına düşmür. Şəhərdə səfərdə olan əməkdaşımız bu mənzərəyə laqeyd qalmayaraq gördüyünüz kadrları lentə alıb. Görünür bu hal şəhər icra hakimiyyəti və digər rəsmi qurumların diqqətini çəkmir. Bayraq elə bir rəmzdir ki , millət onda öz keçmişini , bu gününü və gələcəyini görür . Bununla neçənci dəfədir ki, milli atributumuz olan bayrağa hörmətsizlik olunur.Məsələ burasındadır ki,dəfələrlə mediada göstərilməsinə,insanların diqqətinə çatdırılmağına baxmayaraq dəyişən bir şey yoxdur,yenə köhnə hamam,köhnə tas. Hər halda bu hadisəyə laqeyid qalmaq heç də xoşa gələn bir hal deyil və ümid edirik ki,artıq bu son olar!


Geri dön