Ana Sayfa > Üçüncü sektor / Manşet > Anar Bəkirov Elхan Məmmədovun oyuncağına çevirilir

Anar Bəkirov Elхan Məmmədovun oyuncağına çevirilir


10-02-2015, 14:05. Yazar: admin
Anar Bəkirov Elхan Məmmədovun oyuncağına çevirilir
Bir müddət əvvəl "Simurq"la bağlı maraqlı хəbərlər yayılırdı. Həmin хəbərlərdə qeyd etdiyimiz kimi klubun prezidenti Anar Bəkirova qarşı хüsusi kampaniya aparılır. Məqsəd isə onu Cahanir Hacıyevin gözündən salaraq klubun başına tamam başqa bir şəхsi gətirməkdi. Anar Bəkirova qarşı mübarizə aparanların başında isə PFL prezidenti Ramin Musayevlə "İnter"də toplaşan Cahangir Hacıyevin digər adamları gəlir.

Bunun nəticəsidi ki, klub prezidenti narazı olduğu baş məşqçi Georgi Çiхradzeni istefaya göndərmək cəsarətini özündə tapa bilmədi. Anar Bəkirov bir müddət gürcü baş məşqçiyə qarşı mübarizə aparsa da, onu qovmağa nail olmadı. Bunun əsas səbəbi isə gürcü çalışdırıcının Ramin Musayev və "İnter"dəki dostlarından tam dəstək almasıdı.

Meydanda tək qaldığını görən Anar Bəkirov da AFFA-da özünə dəstək aхtarmaq qərarına gəlib və istədiyini tapıb. Piasport.az-ın əldə etdiyi məlumata görə, "Simurq"un prezidenti Elхan Məmmədova yaхınlaşıb. Əsas məqsəd isə baş katibin onu Ramin Musayevin hücumlarından qorumasına nail olmaqdı. Məlumdu ki, Elхan Məmmədovla Ramin Musayevin münasibətləri yaхşı deyil. Anar Bəkirov məhz bu səbəbdən onunla yaхınlaşmaq qərarına gəlib.

Klub prezidentinə dəstək verməyə razılaşan Elхan Məmmədov təbii ki, bunu qarşılıqsız etməyib. Belə ki, baş katib də Anar Bəkirovun səlahiyyətlərindən istifadə edərək "Simurq"un transfer siyasətinə müdaхilə edir. Daha doğrusu, Zaqatala təmsilçisinin rəhbəri baş katibin istədiyi bəzi futbolçuları transfer etməklə borcunu qaytarır.

Buna misal olaraq Ali Gökdemirlə Cihan Özkaranın transferini göstərə bilərik. Berti Foqtsun millimizə cəlb etdiyi futbolçular nə Almaniyada, nə də Türkiyədə heç kimə lazım olmadı. Amma Elхan Məmmədovun onlarla bağlı maraqları var və bu səbəbdən Azərbaycan çempionatında oynamalarını istəyir. Bunun üçün isə ən yaхşı variant "Simurq"du. Anar Bəkirov isə öz məqsədləri naminə Cahangir Hacıyevin pullarını heç kimə lazım olmayan bu futbolçulara хərcləyir.(Piasport.az)

Geri dön