Oqtay Şirəliyevinin sağ əli Fərhad Əliyarzadə
Tarix: 6-11-2015, 09:45 | Çap et
Oqtay Şirəliyevinin sağ əli Fərhad Əliyarzadə
Son günlər ölkədə baş verənlər bir daha sübut edir ki, bəzi məmurlar dövlət vəsaitini talan etməklə məşğul olurlar. Bu gün qafqaznews.az saytının redaksiyasına belə məmurlardan biri ilə bağlı şok məlumat daxil olub. Məlumatda bildirilir ki, uzun müddət Səhiyyə Nazirliyinin İnnovasiya və təchizat mərkəzinin direktoru vəzifəsində işləyən Fərhad Əliyarzadə dövlət büdcəsindən ayrılan vəsaiti talamaqla məşğul olub.

Bu məlumatı yoxlamaq məqsədi ilə redaksiyanın əməkdaşları araşdırma aparıblar. Misal üçün xəstəxanalara verilən bir çox dərmanlar və tibbi təyinatlı ləvazimatlar xəstəxanalara hətta bazar qiymətindən də baha verilir. Araşdırmamız hələ davam etdiyi üçün hələ bir nümunə ilə kifayətlənirik. Albumin ( 10% 100 ml ) 1 flakonu Səhiyyə Nazirliyinin xəstəxanalarına qaimə əsasında 60.21 qəpiyə verilib. Hansıki, “Zəfəran” apteklər şəbəkəsinin deposunda həmin dərmanın qiymətinin 36.10 qəpik olduğunu müəyyən etmişik. Etibarlı mənbədən bu cür dərmanların uzun siyahısı redaksiyamıza təqdim olunub. Araşdırmalarmız davam edir. 2 ay əvvəl vəzifədən azad olunan Fərhad Əliyarzadənin əməlləri ilə bağlı növbəti yazıda oxuya bilərsiniz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net