İpotekaya görə Bakıda evlər bahalaşacaq?
Tarix: 30-10-2015, 10:30 | Çap et
İpotekaya görə Bakıda evlər bahalaşacaq?
“Dövlət başçısının "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması ilə bağlı Fərmanı fondunun daha işlək, dinamik və çevik olmasını özündə əks etdirir”.

Bunu AzVision.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Azərbaycan prezidenti İlham Əliyevin İpoteka Fondunun yenidən təşkil edilməsi və Mərkəzi Bankdan ayrılaraq onun bazasında ayrıca "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərmanını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ipoteka proqramına birbaşa dövlət başçısının müdaxiləsi ciddi nəticələrlə müşahidə olunacaq:
“Bu fərmanın imzalanması həm də ipoteka proqramında nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, buraya kreditin məbləğinin artırılması, faizlərin azaldılması, ilkin ödəniş və əməkhaqqı ilə bağlı tələblərin sadələşdirilməsi və bu kimi digər məsələlər aiddir. İpoteka Fondunun Açıq Səhmdar Cəmiyyətə çevrilməsi fəaliyyətinin daha da genişləndirilməsi, həm də bu istiqamətdə gələcəkdə qərarların daha operativ şəkildə qəbul olunmasına töhvəsini verəcək. Həmçinin sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verəcək”.

"Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması mənzil bazarına necə təsir edəcək?

R.Osmanlı hesab edir ki, bu fərmandan sonra ipoteka kreditlərinin həcmi 2-3 dəfə artırılacaq: “Bu da mənzil bazarında dinamikanın müəyyən qədər qorunub saxlanmasına köməklik göstərəcək. İnanmıram ki, il ərzində 150-200 milyon ipotek kreditlərinin verilməsi ilə mənzil bazarında əhəmiyyətli dəyişiklik baş versin. Demək olar ki, hazırda mənzil bazarı iflic vəziyyətindədir. İpoteka kreditləri dinamikanı müəyyən qədər bərpa etsə də, kəskin qiymət dəyişikliyi və aktivliyi təmin etməyəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net