Mühacirətdə olan tanınmış jurnalist avtoqəzaya düşdü-FOTO
Tarix: 19-10-2015, 09:23 | Çap et
Mühacirətdə olan tanınmış jurnalist avtoqəzaya düşdü-FOTO
Bir müddət əvvəl üzləşdiyi təzyiqlərdən dolayı ailəsi ilə birlikdə ölkəni tərk etmiş tanınmış jurnalist, hazırda Norveçdə qərarlaşmış İdrak Abbasov dünən ağır avtomobil qəzası keçirib. JAM.AZ xəbər verir ki, bu barədə jurnalistin özü Facebookda məlumat yayıb.

İdrak Abbasov bilridib ki, qızının da oynadığı futbol komdasının oyunçularını qonşu şəhərə yarışa aparırmış. “Norveçin yolları darısqal vı releyfi dağlıqdır. Asfaltın üzəri şaxtadan buz bağlayıbmış. Üzbəüz gələn yük maşını ilə toqquşmamaq üçün kənara çəkdim və avtomobil çevrilərək yolun kənarına aşdı. Yaxşı ki, maşın saz vəziyyətdə idi, üstəlik, hamımız təhlükəsizlik kəməri taxmışdıq. Şükür Allaha ki, hamımız sağ salamatıq”.

Mühacir jurnalist yazır ki, işin ən maraqlı tərəfi qəzadan sonra baş verib. Belə ki, qəzadan 5 dəqiqə sonra hadisə yerinə polis gəlib. “Onları maşın yox, bizim sağlamlığımız maraqlandırırdı. Polislər bizi həkim kimi müayinə etməyə başladılar. Təxminən 7 dəqiqə içində hadisə yedinə 4 təcili tibbi yardım maşını gəldi. Hamımızı ayrıca yoxladılar. Həmin maşınların içi sanki reanimaysiya otağıydı. Ürəkləri soyumadı, hamımızı apardılar xəstəxanaya. Orada da başdan ayağa yoxlayıb, buraxdılar”.





Xəbərlər
 
 
 
 
 
 
 
07-07-2018 07:42
 
 
07-07-2018 07:39
 
 
07-07-2018 07:38
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net