Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Tarix: 17-09-2015, 09:39 | Çap et
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Moderator.az - ın əməkdaşı iki gün öncə saytımızda getmiş materialın izi ilə Sumqayıtın səhiyyə ocaqlarından birinə baş çəkib.

Xatırladaq ki, əldə etdiyimiz məlumata görə Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov iki gün öncə Sumqayıt Şəhər Onkoloji Dispanserinə baş çəkərkən gördüyü acınacaqlı mənzərədən bərk əsəbləşib və bu azmış kimi baş həkimin ona ötkəm cavab verməsindən bərk dilxor olaraq onu acılayıb.

Dünənsə əməkdaşımız adıçəkilən səhiyyə ocağında olarkən Zakir Fərəcovun əbəs yerə hirslənmədiyinin şahidi olub və o da gördüyü acınacaqlı mənzərədən şoka düşüb. Əməkdaşımızın baş həkimlə görüşmək istəyinə cavab olaraq bildirilib ki, o əməliyyatdadır və ona görə də şöbə müdiri Mirfazil həkimlə görüşə bilər. Özünü təqdim edərək xəstəxanadakı mövcud acınacaqlı durumun səbəbini öyrənməyə çalışan əməkdaşımıza şöbə müdiri deyib ki, buranın təmiri üçün külli miqdarda vəsait tələb olunur və onlar bu barədə hətta keçmiş icra başçısına da dəfələrlə müraciət ediblər. Hətta sən demə, Eldar Əzizovun özü də vaxtilə həmin xəstəxanaya təşrif buyuraraq buradakı dözülməz şəraiti öz gözləriylə görübmüş.

Şöbə müdiri ilə xudahafizləşən əməkdaşımız üz tutub Sumqayıt Şəhiyyə Şöbsəinə. Orada da onu şöbə müdiri Ələkbər Tağıyevin qəbuluna salmaqdan imtina ediblər və bildiriblər ki, suallarını qurumda ictimaiyyətlə əlaqələrə cavabdeh olan Xalidə xanıma ünvanlayaraq cavab ala bilər. Xalidə xanımsa bildirib ki, vəziyyətdən hali olsalar da tədbir görməkdə acizdirlər və bunun üçün dövlət səviyyəsində müdaxilə lazımdır.

Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net