DYP-də sürücülük vəsiqəsi neçəyə satılır?
Tarix: 1-09-2015, 09:15 | Çap et
DYP-də sürücülük vəsiqəsi neçəyə satılır?
Fevral ayında dolların manat devalvasiyasından sonra 6 saylı qeydiyyat-imtahan və texniki baxış Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində «rüşvət qiymətləri» də qaldırılıb.

Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayonunda 6 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi Babək Mərdanovun "sürücü” vəsiqəsi alveri ilə bağlı ilginc informasiya daxil olub. Həmin məlumatda qeyd olunur ki, əvvəllər Ağcabədi Region 6 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində B kateqoriyası üzrə sürücülük vəsiqəsinin qeyri-rəsmi qiyməti 500-600 manata idisə, artıq bu rəqəm 800-900 manata qədər artırılıb.

Adının açıqlanmasını istəməyən şəxs həmçinin Babək Muradovun digər «qiymətlərini» də redaksiyamıza yollayıb. Həmin «qiymətlərə görə BC kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ - 1000-1100 manat arasıdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir. Bildirilir ki, şöbədə vətəndaşlarla sürücülük vəsiqəsi alverini Babək Mərdanovun adından müavini Xaqani adlı şəxs həyata keçirir.

Mənbə bildirir ki, Babək Mərdanovla Xaqani müəllim vətəndaşlardan aldıqları qanunsuz rüşvətin hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar. Belə ki, iddiaya əsasən vətəndaşlardan topladıqları rüşvət pulları hesabına şöbə rəisi ilə müavinin sərvətləri milyon manatlarla ölçülür. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi ilə müavini məvacibləri hesabına əldə edə bilməzlər.

Qeyd edək ki, Ağcabədi Region 6 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir.

Babək Mərdanov və müavini Xaqaninin əldə etdikləri var dövlətlə bağlı araşdırmalarımız davam edir və yaxın günlədə oxucularımıza ilginc məlumatlar verəcəyik.

Yazıdakı iddilarla bağlı adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. /AzFakt.com





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net