Sahibkarlar yoxlamaların çoxluğundan bezib...
Tarix: 16-07-2015, 10:11 | Çap et
Sahibkarlar yoxlamaların çoxluğundan bezib...
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bəzi dövlət qurumları əməkdaşlarının sahibkarlardan qanunsuz pul toplama hallarını gündəmə gətirməsi sahibkarları sevindirib.

Xatırladaq ki, prezident həmin iclasda sahibkarların problemlərindən danışarkən bir sıra dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyinin bəzi əməkdaşlarının sahibkarlardan qanunsuz pul topladğını bildirmişdi. Ölkə başçısının sahibkarlardan tələbi isə verginin tam olaraq ödənilməsi ilə bağlı idi.

Amma sahibkarlar onlardan vergi ödənişi adıyla pul tələb olunduğunu bildirirlər.

Halbuki iqtisadçı-ekspertlər qanuna görə yoxlanışların belə olmadığını və vergi xidməti əməkdaşlarının sahibkarları necə gəldi yoxlamasının qadağan olduğunu deyirlər. Yoxlama zamanı sahibkarın kassadan istifadə etmədiyi aşkarlanarsa o, maksimum 400 manat cərimələnə bilər. 3-cü cərimələnmə zamanı sahibkarlıq subyektinin fəaliyyətinə xitam da verilə bilər. Kameral yoxlama isə yalnız sahibkarların hər rüb ərzində və illik vergi xidməti orqanlarına göndərdiyi hesabatlar zamanı online qaydada aparılır və əlavə suallar sahibkardan e-mail vasitəsi ilə soruşulur.

Yalnız cinayət xarakterli və vacib məlumatlar aşkarlanarsa bu müddət 3 aya qədər artırıla bilər.

Vergi ödənişlərinə gəlincə, sahibkarlar qazancından aslı olaraq 2 növ vergi ödəməlidir. (xezerxeber.com)






Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net