İsmayıllıda baş həkim naziri saymır
Tarix: 9-07-2015, 09:50 | Çap et
İsmayıllıda baş həkim naziri saymır
19 iyun 2015-ci il tarixdə səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Qəbulda olan 1992-ci il təvəllüdlü Məhəmmədli Ayşən İntiqam qızı dəmir difsitli anemiya, bipeterioz, boyun ləngiməsi, total formalı alapetiya, xəstəliklərindən əziyyət çəkdiyini nazirin diqqətinə çatdırıb.

Ayşən Məmmədlinin dediyinə görə, qəbulda olarkən cənab nazir İsmayıllı rayon xəstəxanasının baş həkimi Aftandil Rəhimova göstəriş verib ki, şikayətcinin müalicəsi dövlət hesabına həll edilsin. Lakin cənab nazirin bu göstərişi icra edilmir. Ayşən xanımın dediyinə görə, heç baş həkim A. Rəhimovun qəbuluna düşmək belə mümkün deyil.

"25 may 2015-ci il tarixdə İsmayıllı RİH-də başçının qəbulu zamanı baş həkim A. Rəhimov mənə Murad həkimə ünvanladığı, öz imzası ilə təsdiqlədiyi bir məktub verdi. Lakin sonralar " mən belə bir məktub yazmamışam" deyə imtina etdi. Nəzərinizə catdırıram ki, dünən 25 iyun 2015-ciil tarixdə anamla birlikdə Azərbaycan Respublikası MM-nin deputatı cənab Novruzəli Aslanovun da qəbulunda olduq. Çox sağ olsun, çox mülayim qarşılandıq və bizə növbədənkənar yardım olunmasına göstəriş verdi."

Nəzərinizə catdırıram ki, A. Məhəmmədlinin qardaşı da epilepsiya xəstəsidir. Mövzu diqqət mərkəzində saxlanılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net