AST Telmanla qohum olan deputatın şok “biznes imperiyası”
Tarix: 1-07-2015, 10:27 | Çap et
AST Telmanla qohum olan deputatın şok “biznes imperiyası”
Deputatın bizneslə məşğul olması qadağandır. Sumqayıt-Abşeron seçki dairəsindən millət vəkili olan Hacı Salayev üçün bu qanun əhəmiyyətsizdir.

Vertikal.az idealxeber.az-a istinadən məlumat verir ki, Hacı Salayev parlamentin ən passiv deputatıdır. Jurnalistlərin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma üzünü görmədiklərini vurğulayırlar. Hacı Salayev az danışan və az görünən deputat kimi xarakterizə edilir.
Məlumata görə, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel”i təşkil edir. Hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər."Lake Palace Hoteli”nin tikilməsinə və bəzədilməsinə milyonlar sərf edilib. Maraqlıdır, görəsən, Hacı müəllim bu qədər pulu necə və hansı yollarla əldə edib? Axı onun bir deputat olaraq bizneslə məşğul olması qadağandır?! Araşdırmalar nəticəsində məlum olub ki, millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də "Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.
Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. "Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında "Pepsi-coca cola” şirkəti də var. Şirkətin adı bir neçə ay əvvəl oğurluq hadisəsində hallanmışdı.
Mühafizəçiləri "Pepsi-coca cola”dan oğurluq ediblər. Mediada yayılan məlumatlara görə, şirkətin əməkdaşları böyük miqdarda "marqans” kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən "Pepsi coca cola” və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi bildirilir. Eyni zamanda ondan bəzi partlayıcı maddələr hazırlanmasında da istifadə olunur.
Şirkətdən oğurluq faktının üstü açılandan sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. Şirkət ilə "Trust” arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib.
Bundan sonra "Trust”da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb. Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıblar.
Deputat bu yaxınlarda tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Bunu özü də açıqlamasında təsdiqləyib.
Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
Apardığımız araşdırmalarda diqqət çəkən məsələlərdən biri də millət vəkilinin övladlarının yaşadığı bahalı həyat tərzi ilə bağlıdır. Deputatın kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil alır.
Atasının ərköyün övladı avtomobil həvəskarı olduğu üçün tez-tez maşın dəyişir. "Auto.az” saytında Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilib.
Deputatın oğlu eyni nömrəni həm "Range Rover”, həm də "Mercedes CL63″ə, 90-DD-010 nömrəsini isə qara rəngli "BMW X6”ya vuraraq paytaxt küçələrində meydan sulayır.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net