Əlillərin istirahət mərkəzi özəlləşdirilib
Tarix: 17-06-2015, 12:01 | Çap et
Əlillərin istirahət mərkəzi özəlləşdirilib
Əlillərin güzəştlərini onlara xidmət göstərmək vəzifə borcu olan qurumların mənimsəmələri indinin qonusu deyil. Dövlət sifarişilə əlillərə tikilən evlər zəbt olunub başqalarına satılır, torpaq əlillərin adına sənədləşdirilib məmurların mülkiyyətinə verilir, hətta reabilitasiya mərkəzləri, əlillərin ayrı-ayrı rayonlarda xidmət göstərən istirahət mərkəzləri də elə sözügedən xidmət qurumlarının gəlir obyektinə çevrilir. Ağlasığmaz olsa da, əlillərin xidmət obyektlərini özəlləşdiriblər də! Özü də kim özəlləşdirsə yaxşıdır? Əlillərin sosial müdafiəsi baş idarəsinin rəisi İbrahim Heydərov.
Milli demokratik güclərin 1 illik hakimiyyəti azadlığı dadızdırıb, köləliyi hüquqi yöndən ləğv etdi və qəbul etdiyi qanunlarla vətəndaşların hüquq, sosial müdafiəsini təmin etdi. Sonradan bu qanunlara despotik dəyişikliklərlə hüquqlar tapdalanmaya uğradı və hətta mənimsənildi. Bircə onu vurğulayaq ki, sosial qanunvericiliyin tələbinə görə bütün qurumlar təşkilati hüquq formasından asılı olmayaraq dövriyyəsinin 1 faizini əlillərin sosial müdafiəsi fonduna keçirməyə məcbur idi. Düzdür, bu vəsaitdən də sosial xidmət qurumları rüşvət amacı ilə yararlanırdılar, amma nə qədər olsa da, əlillərə də müalicə, istirahət və b. məqsədlərlə vəsait ayrılmasına nail olmaq olurdu. Elə bu vəsait hesabına əlillər üçün Bakıda ticarət mərkəzi, rayonlarda istirahət mərkəzləri inşa olundu. Ad əlillərin olsa da, bu mərkəzlərdən xidmət qurumlarının qohumları yararlanmağa başladı. Əlillər bir də onda ayıldılar ki, Nabrandakı bir neçə milyonluq dəyəri olan istirahət mərkəzinin özəlləşdirilməsi sorağını aldılar. Əlillərin istirahət mərkəzinin mülkiyyət hüququ onlara sosial xidmətə rəhbər təyin edilən İbrahim Heydərovun qardaşına keçməsi nədənindən bir neçə ildir əlillər istirahət yerini Şəkiyə dəyişməyə məcbur olublar. Neyləsinlər, mülkiyyət hüququ toxunulmazdır və onu mübahisələndirmək Konstitusiyaya ziddir. Ali Qanunun 13, 29, 59, 71 və onlarla digər maddələri məmur-vətəndaşların dələduzluqla əldə etdikləri mülkiyyət hüquqlarının pozulmasını qadağan edir.
Bu sətirlərin yazarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlil, tənha və ahıllara sosial xidmətin təşkili idarəsinin rüşvətlə xidmət etməsini tənqid etdiyinə görə on illərdir keçmiş rəhbərlik, idarənin keçmiş rəisi Əli Axundov tərəfindən indi də təqib olunur. Hətta müalicə hüququma da süni qadağa qoyulub. Ali dövlət hakimiyyəti orqanlarından göndərilən müraciətlərimi ən yaxşı halda (əlacsızlıqdan) İbrahim Heydərov “büdcədən vəsait ayrılmayıb” cümləsilə cavablandırıb. Heç demə, büdcə vəsaitlərini Nabrandakı istirahət mərkəzinin əlillərin adından çıxarılmasını xərcləyirmiş. Day vəsait haradan tapılsın?! İ.Heydərovun təkbaşına bu mənimsəmənin arxasında durduğunu güman edənlər yanılırlar. Əlillərin istirahət mərkəzi onun qardaşının adına özəlləşdirilsə də, “təsisçilər” keçmiş nazir, nazir müavinləri,idarə rəisləridir. Bu barədə məlumatlar da kommersiya sirri olduğundan “qəsbkar təsisçilərin” pay bölgüsü haqqında məlumat almaq mümkünsüzdür. Amma İ.Heydərov oğlunu da nazirlikdə işə düzəldib. Neyləmək olar, bu nazirlik bunların dədəli-balalı gəlir mənbəyidir…
Amma korrupsiyaya qarşı mübarizə belə dədə-bala gəlir qazanılmasını qadağan edir





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net