“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verir - FAKT
Tarix: 24-10-2018, 10:51 | Çap et
“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verir - FAKT
"Veysəloğlu" şirkətinə məxsus "Araz" Supermarketlər şəbəkəsi S.S. Axundov 3C ünvanında yeni filialını açmaq üçün "Prestij" MTK komendantı və sakinlərə rüşvət verib. rüşvət verməsinə səbəb isə marketin bir neçə sənədinin yerində olmaması və bina sakinlərinin buna etirazı olub.
“Kommersant.az” xəbər verir ki, marketin içində fəaliyyət göstərəcək şirniyyat üçün havalandırma sistemi çəkilir. Havalandırma sisteminin çəkilməsinə görə şikayət edən bina sakinləri isə rəsmi sənəd istəyirlər.

“Havalandırma sisteminin çəkilməsi üçün Fövqaladə Hallar Nazirliyindən (FHN) təhlükəsizlik kağızı və aidiyyatı qurumlardan sağlamlıq kağızı olmalıdır. Gətirib qonşu pəncərənin altına sənədsiz, icazəsiz havalandırma bacasının qoymaq olmaz. Oradan çıxacaq havanın insan sağlamlığına zərərsiz olduğu haqda sənəd olmalıdır. Bundan başqa təhlükəsizliyi üçün (partlayış, yanğın və s.) FHN –dən sənəd olmalıdır. Market bu sənədləşmədən boyun qaçırır” –deyə bina sakinləri bildirib.

Sonda şirkətin satınalma direktoru bina komendantı ilə razılığa gəlmək üçün rüşvət təqdim edib. Belə ki, market, icazəsiz və qanuna zidd əməli üçün binaya 20 ədəd nəzarət kamerası, binanın ön girişinə şlaqbaum və mühafizəçi üçün binanın arxa tərəfinə nəzarət otağı yerləşdirməyi təklif edib. Bu təkliflə razılaşan bina sakinləri hazırda 20 ədəd kameranı market rəhbərliyindən alıb.

Bəzi bina sakinləri isə rüşvət qəbul etməyərək rəsmi sənəd tələb etməkdə israr etsələr də şirkət bunlara məhəl qoymur. Şirkətin sözügedən marketlə bağlı özbaşınalığı nəzarətdə saxlanılacaq və yeni araşdırmaları da təqdim edəcik.

Faktları təqdim edirik:

Müşahidə kameralarının bloku. Artıq bina komendantına təqdim olunub və komendantın otağında çəkilib.

“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verir - FAKT

Marketin müşahidə kameraları. "Araz" Supermarket açıqlamasında "Marketdə müşahidə kameraları olmadığına görə kameralar bina komendantına verilib" desə də marketi əhatə edən bütün kameraların olduğuna dair sübut.

“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verir - FAKT

Marketin ön və arxa tərəfini əhatə edən müşahidə kameraları.

“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verir - FAKT

Faktlarla bağlı FHN -ə və aidiyyatı qurumları müraciət ediləcək. Məsələni gündəmdə saxlayacıq.

Qeyd edək ki, "Araz" Supermarketdən əvvəl sözügedən ünvanda "Gross" Supermarket fəaliyyət göstərib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-10-2018 08:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net