“Nobel Oil” “sensasiya”ları: “Shell” şirkətinin rəqibinə çevrilən “Nobel Oil”
Tarix: 9-06-2017, 08:51 | Çap et
“Nobel Oil” “sensasiya”ları: “Shell” şirkətinin rəqibinə çevrilən “Nobel Oil”
Son aylar dünyanın nəhəng neft və qaz şirkətlərindən olan “Nobel Oil” şirkəti ətrafında qalmaqallı xəbərlər səngimək bilmir. Şirkətin vergidən yayınmasından, Rusiya ilə mübhəm əlaqələrindən tutmuş, holdinq rəhbərinin oğlunun restoranda bir qıza xasarət yetirməsinə qədər çeşidli olaylarda adı hallanır.
Xatırladaq ki, bir neçə gün əvvəl “Nobel Oil”in rəhbəri Nəsib Həsənovun oğlu “Roma” ləqəbli və çılğın gecə həyatı ilə seçilən Ramiz Həsənovun səhər saat 4-00 radələrində “Merci” restoranında xuliqanlıq hərəkəti edərək gənc qızı külqabı ilə vurması barədə xəbər yayılmışdı. Xoşbəxtlikdən insident ölümlə nəticələnməyib. Həmin cəmiyyətdə xəbər rezonans doğursa da, nə hüquq-mühafizə orqanları, nə də “Nobel Oil”in rəhbəri Nəsib Həsənovun ailəsindən bu barədə heç bir açıqlama gəlmədi. Qafqaz Xəbər Agentliyinin yaydığı son məlumata görə isə zərəçəkən xanım Ramiz Həsənovla bağlı verdiyi şikayəti geri götürüb.
Qeyd edək ki, Bakıda ofisi olan, Avropada böyük layihələrə sərmayə yatıran, Britaniyada qeydiyyatdan keçsə də, Azərbaycan şirkəti olan və Azərbaycan neftinin satışında önəmli rol oynayan müəmmalı “Nobel Oil” şirkəti ilə bağlı Azərbaycan və dünya mətbuatında tez-tez ziddiyyətli məqalələr dərc olunur. Elə bir neçə gün əvvəl bir neçə anonim ünvandan Miq.az-a daxil olan məlumatda göstərilidi ki, “Nobel Oil” şirkətinin İsraildə apardığı kəşfiyyat işlərində Türkiyə prezidenti Bilal Ərdoğan və ABŞ-ın Dövlət Katibi, “ExxonMobil” transmilli şirkətinin sabiq baş direktoru Reks Tillerson da paya sahibdirlər. Onu da bildirək ki, “Nobel Oil” şirkəti Azərbaycan şirkəti olsa da və bir Azərbaycan vətəndaşı tərəfindən idarə olunsa da, bir çox qaranlıq beynəlxalq layihələrdə adı keçməkdədir.

Əslində mediaya hansısa sirli qüvvə tərəfindən ötürülən bu yazılarda həqiqət payı da kifayət qədərdir və yayılan bu ilginc məlumatların biri də indiyə qədər “Nobel Oil”in rəhbərliyi tərəfindən təkzib edilməyib. Şirkət rəhbərliyi guya belə “dezinformasiya”lara diqqət yetirmədiyini göstərsə də, əslində səbəb həmin xəbərlərdə qoyulan xəbərlərə cavab verə bilməməsidir. Çünki yazılanlar əslində həqiqəti əks etdirir. “Nobel oil”-la bağlı ilk sensasion xəbər “Azadlıq” radiosu tərəfindən tiajlandı və yerli medianın diqqətini çəkdi. “Azadlıq” radiosuna isə bu məlumatların “Nobel Oil”in beynəlxalq rəqibləri, o cümlədən “Shell” şirkəti tərəfindən ötürülmüşdü. Bunu “Nobel Oil”in rəhbərliyi bilsə də, səsini çıxarmadı. Lakin burda maraq doğuran məsələ də odur ki, “Shell” şirkəti kimi böyük bir şirkətin rəqibinə çevrilməsidir. Hətta rəqabət o səviyyədədir ki, “Shell” şirkəti öz rəqibi ilə bağlı kompramat məlumatları mətbuata ötürüb.

O da bəllidir ki, “Nobel Oil” şirkəti hər zaman qeyri şəfaf və qaranlıq işləri ilə diqqət mərkəzinə gəlib. “Nobel Oil” şirkətinin daxil olduğu CRA qrupda da eyni vəziyyət hökm sürür.

Qeyd edək ki, MİQ.AZ-a daxil olan son məlumatlarda sensasion iddialar mövcuddur. Məsələn, şirkətdə kimin neçə faiz payı var? İllik qazancı nə qədərdir və qazancın nə qədəri ölkəyə gətirlir? Xaricdə kimlərlə və hansı şərtlərlə işlər görür? Oxucularımız ən yaxın günlərdə “Nobel Oil” şirkətinin qeyri- şəffaf fəaliyyəti ilə bağlı sensasion məlumatlarla tanış olmaq imkanı əldə edəcəklər. Bizi izləməkdə davam edin.
Araşdırmalarımız davam edir.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net