Başçı qohumlarına vəzifə paylayır - Siyahı
Tarix: 30-03-2016, 09:55 | Çap et
Başçı qohumlarına vəzifə paylayır - Siyahı
Uzun müddətdir ki, ölkədə məmur övladlarının və qohumlarının özbaşınalığı əsas problemlərdən birinə çevrilib.

Hətta bu məsələ ölkə başçısı səviyyəsində də müzakirə olundu, bir sıra məmurlar və övladları cəzalandırıldı. Amma buna baxmayaraq, bəzi məmurlar hələ də nəticə çıxarmırlar. Bir qədər əvvəl Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qohumları ilə bağlı ilginc iddialar ortaya çıxıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatları diqqətinizə çatdırırıq.

İlk icra başçısı işlədiyi Göyçaya yenidən icra hakimiyyəti başçısı olaraq dönmək şansı əldə edən Mübariz Ağayev hazırda rayonda qısa müddət ərzində ciddi etiraz, belə demək mümkünsə "vulkan yataqları” yaratmaqdadır. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan məlumatlardan belə bir nəticə əldə etdik ki, rayondakı fəaliyyətinin heç də qənaətbəxş olmadığından göyçaylılar tərəfindən arzuolunmaz şəxsə çevrilən Ağayevin buraya təqaüdə çıxarılmaq üçün gəldiyini bildiyi üçün hər vəchlə pul qazanmaq barədə düşünür. Bu proses isə elə "Ağayevlər çetesi” tərəfindən həyata keçirilir. Məsələn, icra başçısının qardaşı Maarif Ağayev "Azəryolservis” ASC-nin Göyçay yol idarəsinin müdiri kimi birgə milyonlarla vəsaiti "maxinasiya” edirlər. Onun digər qardaşı Mühakim Ağayevin də Sosial Müdafiə Nazirliyi Tibb Sosial Ekspert Komissiyasının Göyçay rayonunda yerləşən komissiyanın sədri olması Ağayevlərin kapitalının daha da artırmaqdadır. Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Göyçay icra başçısının qohumları ilə bağlı qalmaqallı məlumatlar bununla kifayətlənmir. Belə ki,cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə etdiyi məlumatlara görə M.Ağayevin "Paşa sığorta” şirkətində işləyən Ağamir adlı bacısı oğlu Göyçay Rayon Yol Polisi Şöbəsinin Müslüm adlı işcisini və bir neçə Post Patrul Xidməti əməkdaşlarını 6 nəfərdən ibarət "qoçu” dəstəsi tərəfindən döydürmüşdü. Məlumata görə, Vüqar Musəvini də döyən Ağamirin Cavid adlı qardaşıdır. Hadisənin üstündən xeyli zaman keçməsinə baxmayaraq, Qarabağ döyüşçüsünə, qadına əl qaldıran başçının bacısı oğlu və onun "qoçu”ları haqda bu günədək tədbir görülməyib. Onlar bu gün də rayonda sərbəst gəzirlər. Bu işin digər bir ucu da Göyçay Olimpiya İdman Kompleksinin müdiri olan M.Ağayevin qardaşı oğluna gedib çıxır. Məlumata görə, başçının bacısı və qardaşı övladlarının gözlərinə xoş görünməyənləri həmin kompleksdə gəzib dolaşan, məşq edən "qoçu”lar döyür. Bu gün Göyçay ictimayyətini haqlı olaraq bir sual düşündürür: həmişə prezidentin nümayəndəsi olduğunu vurğulayan M.Ağayev, deyəsən, prezidentin harınlamış məmur balaları və qohumları haqda dediyi sözləri unudub.

Xatırladaq ki, hələ Quba rayon icra başçısı olarkən M.Ağayev eyni motivli olaylar üzündən ciddi problem yaşamışdı. Belə ki, o zaman Mübariz Ağayevin oğlunun adı "Atlant” istirahət mərkəzində yaşanan silahlı insidentdə də hallandı. Hansı səbəblərdən başçının oğlu məsüliyyətdən yayındı. İstirahət mərkəzində yaşanan qalmaqalın səbəkarlarından bir məhz Mübariz Ağayevin oğlu bildirilirsə də, sonradan olaya görə cəza alan şəxs Quba şəhər sabiq bələdiyyə sədrinin oğlu oldu.

Göyçay Rayon İcra Hakimiyyəti başçısına məxsus iki şadlıq sarayı və bir özəlləşdirilmiş çörək zavodu fəaliyyətdədir. Abadlıq işləri adı altında büdcə təşkilatlarından küllü miqdarda vəsait yığılır. Bundan başqa Təhsil şöbəsinin müdiri Asif Nəbiyev xəstəliyə görə işdən çıxarılmış və Mübariz Ağayev onun yerinə şəhər icra nümayəndəsi Rəşad Məmmədovu təyin edibdir. Rayon camaatı arasında dolaşan, yeni TŞ müdiri tərəfindən söylənildiyi üçün yayılan xəbərlərə görə, Rəşad Məmmədov bu qoltuğa əyləşməsi üçün 150 min manat "şirinlik” vermək məcburiyyətində olub.İcra başçısının öz fəaliyyətləri bütün bunlarla kifayətlənmir, onun bir dələduz qohumu və digər özəl həyatında olan gizli qaranlıq hərəkətləri barədə də məlumatlar verilməkdədir. Sadəcə olaraq bu yazımızda həmin informasiyaların çox kiçik qismini yazdıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net