Nazir Cahangir Hacıyevi ittiham etdi
Tarix: 25-01-2016, 09:14 | Çap et
Nazir Cahangir Hacıyevi ittiham etdi
“Beynəlxalq bankda dövlətin səhmləri var və üstünlük təşkil edir, daha doğrusu səhmlərin nəzarət zərfi dövlətə məxsusdur. Bildiyiniz kimi ölkə prezidentinin sərəncamına əsasən bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Bu asan deyil”.

Vertikal.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində Beynəlxalq Bankın borcları barədə danışarkən deyib. Nazir bildirib ki, bankın sabiq mecenmenti, sabiq rəhbərliyi bir çox kobud səhvlərə yol vermişdi və bu gün bu səhvlərə külli qiymət də verilməkdədir: “Bir çox hallarda müşahidə şurasının qərarlarına əməl edilməmiş, bu qərarlar pozulmuş və bank barədə məlumatlar təhrif olunmuşdur. Nəticə etibarı ilə bu bankda mənimsəmə halları müşahidə olunub. Biz bu gün bu bankın toksik (pis) aktivlərini, hansılar ki, kreditlər verilib, pullar oğurlanıb bunu açıq şəkildə etiraf etməliyəm, belə hallar da var. Əlaqəli şəxslərə dolaylı yollarla pullar verilib, o pullar da çıxarılıb lazım olmayan işlərə sərf olunub.

Biz bu gün bu işlərlə məşğuluq. Borcluların pulları qaytarması işlərini davam etdiririk. Bu baxımdan hüquq-mühafizə orqanları ilə birlikdə - Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla işlər davam etdirilir. Çalışırıq ki, pul alan adamlar öz məsuliyyətlərini dərk edərək banka borclarını qaytarsınlar. Digər tərəfdən bank əmanətçilərinin, bank müştərilərinin fəaliyyətinə xələl gətirməməkdən ötrü – çünki bu böyük bir bankdır, sistemli bir bankdır, Azərbaycan bank sisteminin 40%-dən çoxu bu bankın üzərinə düşür – ona görə də biz dövlət tərəfindən qərara aldıq ki, bunların verdiyi müəyyən pis kreditləri aqrar üsulu ilə alırıq bu kreditlərin üzərinə, söhbət gedir müəyyən zavod, fabriklərdən, hansılar ki, səmərəsizdir və hal-hazırda pis işləyir, bunları biz sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpa edilməsinə sərf edəcəyik. Bu pullar bu istiqamətlərə sərf olunur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net