“Kontakt” rəhbərinin başı dərddə - TƏFSİLAT
Tarix: 2-12-2015, 10:14 | Çap et
“Kontakt” rəhbərinin başı dərddə - TƏFSİLAT
Bir müddət əvvəl, daha dəqiq desək, milli manatın devalvasiya olunduğu (dolların bahalaşdığı) zaman qafqaznews.az saytı bəzi iş adamlarının fürsətdən sui-istifadə edərək vətəndaşları narazı salmasından bəhs edən məqalələr dərc etmişdi. Belə iş adamlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevdir

Xatırlartma üçün bildirək ki, “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Həmin vaxt dərc etdiyimiz yazılardan bəlli olurdi ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir.

Digər tərəfdən alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Araşdırma zamanı o da məlum oldu ki, Elnur Allahverdiyev Sloveniyanın Bakıdakı fəxri konsuludur.

Bu gün redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, Elnur Allahverdiyevin MTN-də “krışa”sı MTN-nin vaxtı ilə 1-ci müavini sayılan Elçin Əliyev olub. Əldə etdiyimiz digər məlumata görə MTN-nin muavini Elçin Əliyev bu vəzifədən əvvəl MTN-nin Səbail idarəsinin rəisi vəzifəsində işləyib. Qafqaznews.az bildirir ki, elə həmin vəzifədə işləyərək keçmiş nazir Eldar Mahmudovun əmisi oğlu sayılan Səbail RPİ-nin rəisi İlqar Mahmudovla yaxın münasibət quraraq onun köməkliyi ilə sonradan MTN-nin muavini vəzifəsinə təyin olunub.

Redaksiyamıza daxil olan məlumata görə Elnur Allahverdiyevin şəbəkəsindəki özbaşınalıqlardan bezən vətandaşlar mətbuata üz tutub Elnur Allahverdiyevin əməllərini ifşa etmək istəyəndə, o, Elçin Əliyevə jurnalistlərdən şikayət edirdi, o da öz tutduğu vəzifəsindən istifadə edərək mətbuata təzyiq göstərib Elnur Allahverdiyevlə bağlı gedən yazıların qarşısını ala bilirdi. Aldığımız digər məlumata görə Elnur Allahverdiyev MTN-dən başqa bir neçə nüfuzlu fonda bağlılığı barədə də öz həmkarlarına söyləyirdi.

Ancaq apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, Elnur Allahverdiyevin heç bir yerə bağlılığı yoxdur. O hətta son vaxtlar Elçin Əliyevə güvənərək cürət edib Heydər Əliyev Fondunun adından da istifadə edirdi. Ancaq ötən ay dövlət başçısının verdiyi sərəncamlardan sonra bəlli oldu ki, Elnur Allahverdiyev MTN-nin muavini Elçin Əliyevə və keçmiş nazirin əmisi oğlu, Səbail RPİ-nin rəisi İlqar Mahmudova arxalanaraq yuxarıda qeyd etdiyimiz oyunlardan çıxıb və onun bu şəxslərdən savayı heç bir yerə bağlılığı olmayıb. Elnur Allahverdiyevlə bağlı araşdırmamız davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net