Zakir Fərəcovun pulyığanı Türkan qəsəbəsində maskalı dəstələr saxlayır-İDDİA
Tarix: 14-07-2015, 11:56 | Çap et
Zakir Fərəcovun pulyığanı Türkan qəsəbəsində maskalı dəstələr saxlayır-İDDİA
Qarabağ veteranı Hüseynov Qədimalı İman oğlu ailəsinin təhlükə ilə üz-üzə qaldığını deyir və ölkə başçısından yardım istəyir. Xəzər rayonu Türkan Üzümçülük Savxozunda ailəsi ilə birlikdə yaşayan Qarabağ veteranı Hüseynov Qədimalı İman oğlu ölkə başçısı İlham Əliyevə, Daxili işlər naziri Ramil Usubova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və Heydər Əliyev adına Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək, ailəsinin təhlükəsizliyinin təmin edilməsini istəyib.

O yazır ki, ailəsiylə birlikdə Xəzər rayonu Türkan Üzümçülük Savxozunda yaşayır. "Qarabağ veteranıyam. Lakin regionun ən demokratik, hüquqi ölkəsinin vətəndaşı olduğuma inanmıram. Daha doğrusu inanmağa imkan vermirlər. Çünki Azərbaycan demokratik və hüquqi dövlət olsaydı, Cavad Rzaquliyev günün gunorta çağı evimə maskalılar göndərməzdi. Cavadın Türkan qəsəbəsində kəsdiyi başa sorğu-sual yoxdu. İstədiyi kimi davranır, istədiyi atı istədiyi yerə çapır. Qarşısına çıxanı əzik, keçir. Ona kiminsə “dur deməyə” cəsarəti çatmır. Təbii ki, Cavad Rzaquliyevin güc mənbəyi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Cavad qəsəbədə Zakir Fərəcovun pulyığanı və torpaq dəllalı kimi məşhurdur".

Qarabağ qazisi qeyd edir ki, Türkan Üzümçülük Savxozuna de-fakto Cavad Rzaquliyev sahiblik edir. "Qəsəbədə bütün torpaq sahələri məhz onun vasitəsi və Zakir Fərəcovun xeyir-duası ilə hərraca çıxarılır. Qeyd edim ki, ailəmi dolandırmaq üçün müqavilə ilə torpaq sahəsi almışam və uzun illərdir üzümçülüklə məşğulam. Ailədə böyükdən kiçiyə hər birimiz üzüm ağaclarının qulluğunda durub, nazını çəkirik. Cavad Rzaquliyev isə bizi ikinci dəfə yuvamızdan qaçqın salacağına and içib. Dəfələrlə bizi şirin dilə tutub dedi ki, bu sahəni verin mənə. Müsbət cavab eşitməyəndə hədələdi. İndi də bizi bezdirib, buralardan getməyə məcbur edir. Artıq ikinci dəfədir ki, ailəmin üstünə maskalı şəxslər göndərir, ölümlə hədəliyir və ailəmi namussuz kimi qəsəbəyə təqdim etməyə çalışır. Biz hər iki halda hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102”çağrı mərkəzinə məlumat vermişik. Amma görünür, Cavadın əli ölkənin mühafizəsi etibar olunan ən ali dövlət idarəsinə qədər uzanır".

Qədimalı Hüseynov bildirir ki, ailəsi və özünü mütəmadi təhdid edən Cavad Rzaquliyev haqqında ölçü götürməsini rəsmi qurumlardan xahiş edir. "Heç bir yerdə işləmədiyini deyən Cavaddan soruşmaq lazımdır: sayı bilinməyən evlərə, villalara, obyektlərə, bahalı maşınlara necə sahib olub? Bahalı maşınlara, komfort yaşayışa sahiblənməsi ona səlahiyyət verirmi, kiminsə ailəsini təhdid etsin?"

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

“Xeber.İnfo”

Zakir Fərəcovun pulyığanı Türkan qəsəbəsində maskalı dəstələr saxlayır-İDDİA





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net