Tərtərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib - FOTO
Tarix: 26-02-2021, 15:22 | Çap et

vertikal.az - Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 nəfər Xocalı sakininin xatirəsini yad etmək məqsədilə Tərtərdə ağacəkmə aksiyası keçirilib.

vertikal.az xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına riayət etməklə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada Tərtər-Bərdə, Tərtər-Şıxarx avtomobil yolunun kənarına 613 ədəd eldar şamı, gövrüş və akasiya ağacları əkilib.

Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Tərtərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib - FOTOTərtərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib - FOTOTərtərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib - FOTOTərtərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib - FOTO




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net