Tərtər Rayon İcra Hakimiyyətinen idalara cavab
Tarix: 7-01-2021, 16:37 | Çap et

“Kanal 13”-də “İcra deyir ki, atanın ağlı var idi şəhid olmazdı, saymır bu adam şəhidi” başlığı altında şəhid oğlu Vasif Dünyamalıyevlə bağlı yerləşdirilən çəkilişlə bağlı bildiririk ki, Ağdam rayonundan məcburi köçkün, şəhid Adil Dünyamalıyevin oğlu Vasif Dünyamalıyev vətəndaş Hüseynova Yüsalə Sehran qızının Şıxarx qəsəbəsində icarəsində olan 250 hektar torpaq sahəsinin 14 hektarını zəbt edərək, qeyri-qanuni taxıl əkmişdir. Yüsalə Hüseynova bununla bağlı rayon icra hakimiyyətinə və polis şöbəsinə müraciət etmiş, Vasif Dünyamalıyev rayon icra hakimiyyətinə qəbula dəvət edilmiş, Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini Mahir Hüseynov və Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi şöbəsinin məsləhətçisi Natiq Əliyev tərəfindən qəbul edilmiş, ona vətəndaş Yüsalə Hüseynovanın icarəsində olan torpağı zəbt etdiyi bildirilmiş, ona torpaq qanunvericiliyinə uyğun izahat verildikdən sonra vətəndaş Vasif Dünyamalıyev özü də səhv edərək torpağı zəbt etdiyini etiraf etmişdir.

Qəbuldan sonra isə vətəndaş “Kanal 13”ə müraciət edərək çəkiliş yerləşdirmişdir, onun şikayəti əsassız, rayon icra hakimiyyəti başçısının adından dedikləri şər və böhtandır.

Məlumat üçün bildiririk ki, Vasif Dünyamalıyev bundan əvvəl də şəhid ailəsi adından istifadə edərək Qaraağacı kəndinin 22 hektar örüş torpaqlarını zəbt edərək istifadə etmişdir. Gəncə İnzibati İqtisad Məhkəməsinin qərarı ilə onun istifadə etdiyi örüş torpaqları kənd əhalisinə qaytarılmışdır.

Buna baxmayaraq Vasif Dünyamalıyev həmin ərazidən çıxmayıb, öz dayısı Ədalət Atayevi də orada yerləşdirmişdir. Bu isə kənd camaatı arasında narazılığa səbəb olmuşdur.

Bununla bağlı dəfələrlə özü və dayısı kənd camaatını münaqişəyə cəlb etmişdir. Faktlardan da göründüyü kimi Vasif Dünyamalıyev şəhid oğlu adından qeyri-qanuni istəklərini həyata keçirmək üçün istifadə edir, başqalarının torpağını zəbt etmək onun adətidir.

Tərtər Rayon İcra Hakimiyyəti




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net