Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Tarix: 19-12-2020, 13:37 | Çap et
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI

2020-ci ilin yanvar-dekabr aylarında Tərtər rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 103 min 072 manat olan 11 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən böyük həcmdə tenderi keçirən Tərtər Rayon İcra Hakimiyyəti olub. Tərtər Rayon İcra Hakimiyyəti ümumi məbləği 1 milyon 275 min 286 manat olan 3 tender müqaviləsi bağlayıb. "Star Construktion-12" QSC İcra Hakimiyyətinin keçirdiyi hər 3 tenderin qalibi olub.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının 4 tenderinin ümumi məbləği 90 min 039 manat olub. Dövlət qurumunun keçirdiyi tenderin ən böyüyünü "A4Plaza"MMC qazanıb. "A4Plaza" MMC Dövlət qurumu ilə 32 min 190 manat həcmində tender müqaviləsi bağlayıb.

Bundan başqa Tərtər Rayon Suvarma Sistemləri İdarəsi 2 tender, Tərtərçay Hidroqovşağı İstismar İdarəsi 1 tender Tərtər Rayon Polis Şöbəsi 1 tender, Tərtər Subarttezian Quyularının İsismarı İdarəsi 1 tender keçirib ki, tenderin məbləğləridə müvafiq olaraq 278 min 080 manat ,128 min 757 manat, 49 min 843 manat, 281 min 067 manat təşkil edir.

FED.az 2020-cu ildə Tərtər rayonunda keçirilən tenderləri təqdim edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net