Ana Sayfa > Partiya > "Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki"...

"Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki"...


17-11-2015, 10:05. Yazar: admin
"Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki"...
“Biz dövlət olaraq, millət olaraq hər zaman terrorun əleyhinə olmuşuq, bu gün də terrorla mübarizə aparırıq. Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, 2 mindən artıq azərbaycanlı terrorun qurbanı olub”.

Vertikal.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov noyabrın 13-də Parisdə baş vermiş qanlı terror hadisəsinə münasibətini bildirərkən deyib. YAP rəsmisi sözügedən olayla bağlı bir neçə səbəbin olduğunu deyib. O, qeyd edib ki, burada Qərbi Avropada yürüdülən syasətilə yanaşı, İŞİD amili də var: “Fransada terrorun törədilməsinin bir sıra səbəbləri mövcuddur. İlk növbədə bunu Avropanın apardığı siyasətlə və İŞİD amili ilə əlaqələndirmək mümkündür. Yəni Fransanı İŞİD-ə qarşı müharibəyə cəlb etmək istəyindən irəli gələn amil ola bilər. Digər bir yandan isə Fransa terroru ayrı-ayrı dövlətilərin marağı çərçivəsində də baş verən terror ola bilər”.

Siyavuş Novruzov həmçinin miqrant axınının qarşısının alınması üçün də müəyyən siyasi maraqların olmasını da istisna etməyib: “Belə ki, artıq aylardan bəri Avropaya köç etmək üçün sərhədlərdə yığışan miqrantların qarşısının alınmasına xidmət edən addım kimi də dəyərləndirilə bilər”.

Sonda millət vəkili daha bir nüansı xatırladaraq deyib ki, əslində burada vacib amillər var: “Biz dəfələrlə şahidi olmuşuq ki, Fransanın bir neçə mətbuat orqanlarında İslam dininin peyğəmbəri Həzrəti Məhəmmədə (s) qarşı təhqiramiz fikirlər, karikaturalar yayımlanıb. Ondan sonra baş verən mənzərə, proseslər hadisənin mahiyyətini açmağa imkan verir”.

Geri dön