Ana Sayfa > Partiya > Mirmahmud Mirəlioğlunun namizədliyi QEYDƏ ALINMADI

Mirmahmud Mirəlioğlunun namizədliyi QEYDƏ ALINMADI


5-10-2015, 13:13. Yazar: admin
Mirmahmud Mirəlioğlunun namizədliyi QEYDƏ ALINMADI
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınmayıb.

Hafta.az-ın verdiyi xəbər görə, Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı son siyahıda KXCP-sədrinin adına rast gəlinməyib. Mirmahmud Mirəlioğlu namizədliyini 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən vermişdi. Hafta.az məsələ ilə bağlı KXCP-sədri ilə əlaqə saxlayaraq partiya rəhbərinin məsələyə münasibətini öyrənməyə çalışıb. Mirmahmud Mirəlioğlu namizədliyinin qeydə alınmaması məsələsi barədə danışmaq istəmədiyini bildirib.

Geri dön