Ana Sayfa > Partiya > YAP 125 seçki qərargahı yaradıb

YAP 125 seçki qərargahı yaradıb


12-08-2015, 17:26. Yazar: admin
YAP 125 seçki qərargahı yaradıb
Hər seçki qərargahının təxminən 10-15 üzvü var

Hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı ölkə üzrə 125 seçki qərargahı yaradıb.

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, 125 seçki dairəsinin hər biri üzrə YAP-ın seçki qərargahları yaradılıb: "Artıq seçki qərargahlarının üzvləri müəyyənləşib, onlara treninqlər keçirilib, iş bölgüsü aparılıb. Həmçinin onların hansı funksiyaları yerinə yetirilmələri ilə əlaqədar işlər gedir. Gələn həftə ərzində işlər tam yekunlaşacaq. Eyni zamanda, imza toplayan şəxslər müəyyənləşib və onlara treninqlər keçirilir".

S.Novruzov bildirib ki, hər seçki qərargahının təxminən 10-15 üzvü var: "Amma bu göstərici rayondan asılı olaraq dəyişə də bilər. Hakim partiyanın Mərkəzi Seçki Qərargahı da fəaliyyətə başlayıb"

Geri dön