Ana Sayfa > Partiya > Partiya sədri prezidentin çağırışına qoşuldu - Fuad Əliyev qeydiyyatdan keçdi

Partiya sədri prezidentin çağırışına qoşuldu - Fuad Əliyev qeydiyyatdan keçdi


17-07-2020, 12:43. Yazar: admin
Partiya sədri prezidentin çağırışına qoşuldu - Fuad Əliyev qeydiyyatdan keçdi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib. Bu barədə musavat.com-a onun özü məlumat verib.
F.Əliyev Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayonu İdarəsində rəsmi qeydiyyatdan keçib.

ALDP rəhbəri dövlət başçısının iki gün öncə etdiyi çağırışa qoşulduğunu bildirib: “Sözsüz ki, cəbhədə baş verənlər bir vətəndaş kimi məni də narahat etdi. Baş verən döyüşlərdən sonra vətəndaşlarımızın ordumuza dəstək vermələri, bunun üçün Bakı küçələrinə çıxmaları qürurverici anlar idi. Bunun ardınca ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə döyüşdə iştirak etmək istəyənlərə etdiyi müraciətə bir vətəndaş kimi mən də dəstək verdim. Düşünürəm ki, hər bir vətəndaşımız bu çağırışa qoşulmalıdır”.
Geri dön