Ana Sayfa > Partiya > “Mehmedcik öz işini görür və bundan sonra da görəcək”

“Mehmedcik öz işini görür və bundan sonra da görəcək”


25-01-2018, 05:40. Yazar: admin
“Mehmedcik öz işini görür və bundan sonra da görəcək”
Məşhur kəşfiyyatçı İbad Hüseynov saytımız vasitəsi ilə Azərbaycan və Türkiyə prezidentlərinə müraciət edərək döyüşçüləi ilə birlikdə Afrin əməliyyatında iştirak arzusunu dilə gətirib.

(http://www.moderator.az/news/209558.html ). İ.Hüseynovun fikrincə bu, qardaş Türkiyə ilə mənəvi birlik baxımından da önəmli olan bir addım kimi zəruridir.

Moderator.az -a açıqlamasında İ.Hüseynovun məlum müraciətinə münasibət bildirən millət vəkili Aqil Abbas, məşhur döyüşçünün arzu və istəyini başa düşdüyünü, lakin belə bir dəstəyin müəyyən problemlərə yol aça biləcəyini vurğulayıb:

“Azərbaycan həmişə Türkiyənin yanındadır. Bunu dəfələrlə sübut edib. Bu gün də Azərbaycan qardaş dövlətin yanındadır. Möhtərəm prezidentimiz Türkiyənin əleyhinə danışan Sərkisyana cavab olaraq bildirmişdi ki, Türkiyə prezidenti burda yoxdur, amma mən burdayam. Azərbaycan Türkiyəyə həm siyasi, həm də mənəvi baxımdan dəstək verir. Afrin əməliyyatına gəlincə, Türkiyənin bu əməliyyatı uğurla başa çatdırmağa gücü kifayət qədərdir. PKK-a və ya digər bir güc Türkiyənin qarşısında dayana bilməz. Türkiyə qüdrətli dövlətdir. Dünyanın ən güclü 10 ordusu sırasındadır. Türk ordusu gücünə görə NATO-da ikincisi, döyüş qabiliyyətinə görə isə birincidir. Türkiyənin bizim əsgəri dəstəyimizə ehtiyacı yoxdur. Mehmedcik öz işini görməlidir və görür.
Azərbaycanın ora hərbi qüvvə yollaması siyasi baxımdan da düzgün olmaz. Bizim özümüzün Qarabağ problemi var. Biz ilk növbədə öz problemimizi həll etməliyik. İnsanlarımızın belə bir istəyi varsa, bu anlaşılandır. Mən özüm də bütün günü kanallarda, mediada Afrin əməliyyatları ilə bağlı informasiya axtarıram. Azərbaycan xalqının ürəyi Türkiyə ilə birlikdə döyünür. Lakin Türkiyənin hazırda Azərbaycanın hərbi dəstəyinə ehtiyacı yoxdur.
İbadı Türkiyədə çox sevirlər. Əvvəlki və indiki cümhur başqanı da onu yaxşı tanıyır. Onun adına küçə verilib. O, ürəyi yandığı üçün bu sözləri deyir. Mən onu anlayır və başa düşürəm”.

Geri dön