Ana Sayfa > Partiya > "Məqsədli şəkildə Qüdrət bəyin fikirlərini təhrif edirlər"

"Məqsədli şəkildə Qüdrət bəyin fikirlərini təhrif edirlər"


10-03-2016, 09:51. Yazar: admin
"Məqsədli şəkildə Qüdrət bəyin fikirlərini təhrif edirlər"
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin sonuncu plenar iclasında müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zaman təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın. Deputatın bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb. Siyasi partiya rəhbərləri və tanınmış şəxslərlə yanaşı, həm də sosial şəbəkə də bununla bağlı geniş müzakirələr aparılır. BAXCP sədrini ittiham edənlər də olub.
Bu ittihamlarla bağlı Moderator.az-a acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, lideri Qüdrət Həsənquliyevin təklifini məqsədli şəkildə kampaniyaya çevirənlər də var:
“Qüdrət bəy Milli Məclisdə bu məsələni qaldıran da ölkəyə turustlərin cəlb edilməsi üçün deyib. Deyib ki, Azərbaycanın turist bölgələrində kazinoları bərpa edə bilər. Necə ki, Gürcüstanda Batumidə kazinoların fəaliyyətinə imkan verməklə bura xeyli sayda xarici turist cəlb edilir. Biz də turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verməklə qonşu ölkələrdən ölkəyə xeyli sayda turist cəlb edə bilərik. Bu işlə məşğul olan xüsusi turist təşkilatları var və bu turizm şirkətləri vasitəsi ilə ölkəyə turistləri cəlb edə bilərik. Liderim çıxışında xüsusi qeyd edib ki, bu kazinoların fəaliyyətinə icazə verən zaman yerli sakinlərin bu kazinolara gəlişini də qadağan edə bilərik. Onsuz da azərbaycanlılar gedib xarici ölkədə kazinolarda oynayırlar və uduzurlar. Hamı da bilir ki, burada udan yoxdu. Heç olmasa bu kazinolardan gələn gəlirlər dövlət büdcəsinə köçürülər. Hər kəs də yaxşı bilir ki, kazinolardan dövlət budcəsinə daxil olmalar kifayət qədər yüksək olur. Gürcüstan və digər ölkələrdən büdcəyə daxil olmaların statistikasına baxın. Biz hər zaman ilk öncə xalqın maraqlarını düşünmüşük və fəaliyyətimizi də bu istiqamətdə qurmuşuq. Kimsə Qüdrət bəy haqqında artıq-əskik danışa bilməz! Danışan olacaqsa, cavablarını da alacaqlar! Niyə bunu demirlər ki, Qüdrət bəy təklifində yerli sakinlərin kazinolara daxil olmamasını da qeyd edib? Elə buradan da görünür ki, məqsədli şəkildə Qüdrət bəyin fikirlərini təhrif edirlər. Bütün bunları edənlərin də kimliyi bəllidir. Bu adam bir zamanlar AXCP sədri, mərhum Əbülfəz Elçibəyə qarşı da çirkin kampaniya aparırdı. Özü guya partiya sədridir. Ancaq ölkədə hamı bilir ki, işi-gücü olmayan bir adamdır. Oturub kompüterin qarşısında qəzet və saytalara köşə yazmaqla məşğul olur. Bir sözlə həmişəki kimi saxta imzalarla “Akif”, “Azad”, “Xədicə” , “Məhluqə” “Svetlana” imzası ilə yazılar yaydırır. Facebook sosial şəbəkəsində bu adlarla – Aykaoff, Günka, Lala Bakinic və s. saxta profillərlə insanlara qarşı təxribar yaymaqla məşğul olur. Hamı da bilir ki, mən kimi nəzərdə tuturam.”

Geri dön