Ana Sayfa > Partiya > Fazil Mustafa “AXCP ölmüş partiyadır” dedi...

Fazil Mustafa “AXCP ölmüş partiyadır” dedi...


25-11-2015, 10:58. Yazar: admin
Fazil Mustafa “AXCP ölmüş partiyadır” dedi...
AXCP-nin adının “Yurd” qoyulmasına münasibət birmənalı deyil

Yeni AXCP sədri Razi Nurullayevin Əli Kərimlinin sədri olduğu partiyaya “Yurd” adı qoymasını təklif edib. “Bu, daha ədalətli olardı. İnsanlar da bunu coşqu ilə qarşılaya bilərlər. Bəlkə bu yolla Əli Kərimli neçə illərdir ki, atmadığı addımı atar. Bununla uzun illərdir ki, göstərdiyi qeyri-səmimiliyi səmimiyyətə çevirə bilər”.

Məsələ ilə bağlı bir çox keçmiş “yurd”çu ilə əlaqə saxlasaq da, onlar danışmaq istəmədilər.
Mövzu ilə bağlı musavat.com-a açıqlamasında yalnız siyasi şərhçi Azər Rəşidoğlu öz fikrini bildirib:

“Razi Nurullayev, bildiyimə görə, heç bir zaman ”Yurd" birliyinin üzvü olmayıb. Belə olan təqdirdə, onun bu keçmiş təşkilatın vaxtilə üzvü olanların fikri barədə məlumatı nə qədər dolğundur? Mən hesab edirəm ki, Razi bəy öz yaratdığı təşkilata başqa ad seçsəydi, daha məqbul olardı. İctimai rəydə AXCP kimi Əli Kərimlinin rəhbərlik etdiyi partiya tanınır. Bu məsələdə hətta hüquqi tənzimlənmə məsələsində uğur qazansa belə, ictimai rəydə uduza bilər. Şəxsən mən AXCP kimi Əli Kərimlinin sədrlik etdiyi təşkilatı tanıyıram və kənardan gələn bir şəxsin cəbhəçilərin adından danışmasını ciddi hesab etmirəm. AXCP-nin bəzi taktiki və strateji yanaşması ilə razı deyiləm, amma bu təşkilat hazırda Əli Kərimlinin adı ilə bağlıdır və əksər ictimai fəallar da bunu belə qəbul edəcəklər".

Məsələ ilə bağlı musavat.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Musatafa da danışıb. O bildirib ki, hazırda qlobal problemlərin həlli ilə məşğul olmaq daha önəmlidir: “Qlobal problemlərin həlli ilə məşğuluq. AXCP-nin bundan sonra adını dəyişdirsən də, heç bir xeyri yoxdur. Artıq o missiyasız, ölmüş bir partiyadır. Onun Azərbaycanın gələcəyində hansısa bir yeri olduğunu düşünmürəm. Bu baxımdan, məsələ mənim üçün çox da aktual deyil. Bunun adını ”Yurd" qoysalar da heç bir xeyri olmayacaq. Çünki hazırkı şərtlərdə inkişaf perspektivi yoxdur".

Geri dön