İsmayıl Ağayev Fəzail Ağamalını “mat” qoydu-VİDEO
Tarix: 21-10-2015, 10:26 | Çap et
İsmayıl Ağayev Fəzail Ağamalını “mat” qoydu-VİDEO
60 saylı Salyan-Neftçala Seçki Dairəsində mübarizə əsasən iki namizəd arasında gedir. JAM.AZ xəbər verir ki, deputat Fəzail Ağamalı bu dairədən artıq üçüncü dəfədir seçilməyə iddialıdır.

JAM.AZ xəbər verir ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizəd isə İsmayıl Ağayevdir ki, o, özünün seçki kampaniyası ilə rəqibini “mat” qoyub. Belə ki, istər yerli əhalinin, istərsə də xaricdəki diaspor nümayəndələrinin dəstəyini qazanmış Ağayev qısa müddətdə ən yüksək səviyyədə görüşlər təşkil etməyə nail olub. Elə bu səbəbdəndir ki, Fəzail Ağamalıdan fərqli olaraq, onun keçirdiyi görüşlərə yüzlərlə adam gəlir.

Qeyd edək ki, Fəzail Ağamalı bu illər ərzində deputat olsa da, özünün seçildiyi dairədə yaşayan insanların problemlərinin həllində heç bir rolu olmayıb. Yalnız həmin dairədəki yaxın adamlarının xeyir-şər məclislərində iştirakla missiyasını başa vurub. Ona görə də, 60 saylı dairədə Fəzail bəyin ciddi nufuz sahibi olmadığını hamı bilir. Bunu onun keçirdiyi görüşlərin səviyyəsi və əhali qatılımının azlığında da görmək mümkündür.

Tərəfləri dinləməyə hazırıq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net