“Heç kəs kresoloda ömürlük olmamalıdır”
Tarix: 19-10-2015, 10:06 | Çap et
“Heç kəs kresoloda ömürlük olmamalıdır”
Dünən AXCP Etimad Qurultayı baş tutub. Qurultayda Razi Nurullayev gizli səsvermə nəticəsində AXCP-nin sədri seçilib.

Partiyanın mətbuat xidmətindən Vertikal.az-a daxil olan xəbərdə bildirilir ki, qurultayda tarixi bir qərara imza atılıb. Partiyanın Nizamnaməsinə edilən dəyişikliklə, eyni şəxs bundan sonra yalnız 2 dəfə partiyaya sədr seçilə biləcək. Bu isə AXCP tarixində bir ilkdir. Qurultay iştirakçılarından 208 nəfər dəyişikliyin lehinə, 2 nəfər əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların sayı isə 2 olub.

Bu qərarı şərh edən AXCP EQTK-nın sədri Razi Nurullayev bunu demokratiyanın qələbəsi və digər hakim və müxalifət partiyalara örnək kimi qiymətləndirib: “Bu, tarixi qərardır. Sədrin seçilmə müddətinin 2 dəfəyə endirilməsi olduqca vacibdir. Heç kəs kresoloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”, deyə vurğulayıb”.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net